Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Leş Tofiq”in həbsindən sonra kabablar da bahalaşdı - Yeməkxanalar əhaliyə leş yedizdiriblər?..

“Leş Tofiq”in həbsindən sonra Bakının əksər yeməkxalarında və dönərxanalarda ət yeməklərinin qiyməti artırılıb. Həttta bir çox restoran və kafelərdə kababların qiyməti 1-2 manat artıb...

Qida eksperti: “Bu həbsdən sonra yeməkxanalarda qiymətlərin bahalaşması faktı açıq-aydın sübut edir ki, çox uzun illərdir əhaliyə kafe, restoran, qəlyanaltı, qutabxana və dönərxanalarda, kolbasa, sosiska və digər ət məmulatlarında leş yedizdiriblər”.

“Bir “Leş Tofiq” deyil, çox “leş Tofiqlər” var, sadəcə biri həbs olunub, digərləri fəaliyyətlərini müvəqqəti məhdudlaşdırıblar”.

Bu sözləri “Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanovun həbsindən sonra Bakının əksər yeməkxalarında və dönərxanalarda ət yeməklərinin qiymətinin qalxma səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sentyabrın 12-də keçirdiyi əməliyyat Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə baş tutub. Əməliyyat zamanı məlum olub ki, əvvəllər məhkum olunmuş “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında pərdələnərək cinayətkar şəbəkə yaradıb. Dəstə üzvlərinə məxsus Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanan yerlərə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanaraq mütəşəkkil cinayətkar dəstəyə daxil olan 8 nəfər həbs edilib. Bu cinayətkar şəbəkə ilə əlbir olan şəxsiyyəti hələ ki müəyyən edilməyən digər şəxslərin də saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.

Maraqlıdır ki, bu həbsdən sonra kafe, restoran, qəlyanaltı, qutabxana və dönərxanalarda qiymətlər arıtb. Hətta Bakının bəzi restoranlarında kababların belə qiyməti 1-2 manat arasında artıb. Bu qiymət artımı onu göstərir ki, uzun ullər boyunca Bakının əksər yeməkxanaları və ayaqüstü qəlyanaltı obyektləri insanlara leş ətindən bişən yeməklər yedizdirib. Bəs yaranmış bu vəziyyətə görə, yəni uzun illər boyu yeməkxanalarda insanlara leş ətinin yedizdirilməsinə görə AQTA-nın, Baytarlıq Xidmətinin və digər qüurumların hansı məsuliyyəti var? Bakı yeməkxanalarında uzun illər boyu insanlara leş əti yedizdirildiyinə görə bu qurumlar birbaşa məsuliyyət daşıyırmı?

PİA.az-ın əməkdaşı bu mövzunu “Altay” Araşdırmalar Mərkəzinin rəhbəri, qida eksperti Elçin Bayramlı ilə müzakirə edib .

Elçin Bayramlı: “AQTA-nın, Baytarlıq Xidmətinin, GEM-in və sair məsul orqanların rəhbər şəxsləri istefaya göndərilməli və sərt cəzalandırılmalıdır. Bu qida terrorunu ancaq düşmən həyata keçirə bilər və konkret milli təhlükəsizlik problemidir”.

Bu mütəşəkkil cinayətkar dəstəyə həm də bu prosesə şərait yaradan, kömək edən, göz yuman aidiyyatı orqanların məsul şəxslərinin də daxil olduğunu düşünən qida eksperti PİA.az-a açıqlamasında bildirib ki, bu fakt üzrə genişmiqyaslı təhqiqat aparılmalı, prosesdə rolu olan bütün şəxslər dərhal həbs edilməlidir:

“Bəli, bu həbsdən sonra yeməkxanalarda qiymətlərin bahalaşması faktı açıq-aydın sübut edir ki, çox uzun illərdir əhaliyə kafe, restoran, qəlyanaltı, qutabxana və dönərxanalarda, kolbasa, sosiska və digər ət məmulatlarında leş yedizdiriblər. Yəni, daha dəqiq desək, əhaliyə qarşı konkret qida terroru həyata keçiriblər. Bir “Leş Tofiq” deyil, çox “leş Tofiqlər” var, sadəcə biri həbs olunub, digərləri fəaliyyətlərini müvəqqəti məhdudlaşdırıblar.

Bu mütəşəkkil cinayətkar dəstəyə həm də bu prosesə şərait yaradan, kömək edən, göz yuman aidiyyatı orqanların məsul şəxsləri də daxildir. Bu fakt üzrə genişmiqyaslı təhqiqat aparılmalı, prosesdə rolu olan bütün şəxslər dərhal həbs edilməlidir.

Xüsusilə də, AQTA-nın, Baytarlıq Xidmətinin, GEM-in və sair məsul orqanların rəhbər şəxsləri istefaya göndərilməli və sərt cəzalandırılmalıdır. Bu qida terrorunu ancaq düşmən həyata keçirə bilər və konkret milli təhlükəsizlik problemidir.

Mətbuat və tv-lər prosesi diqqətdə saxlamalı, izləməli və əlavə faktları ortaya çıxarmaqda kömək etməlidirlər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar