Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Leş mafiyası” ilə bağlı yeni detallar – Güclü himayədarları var

“Leş mafiyası” ilə bağlı yeni məlumatlar daxil olub...

Bildirilir ki, bu mafiyanın rəhbərlərindən biri Əlifxan Şahverdiyev uzun müddət Sabirabadın Xəlfəli kəndində qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin toplanması, tədarükü və emalı ilə məşğul olub. Bu səbəbdən onu “Leş Əli” adlandırırlar.

Əlifxan Şahverdiyev bir neçə gün əvvəl DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) əməkdaşları tərəfindən həbs edilib. Onunla birgə “leş mafiyası”nın başqa bir “tanınmış siması” olan “Leş Tofiq” ləqəbilə tanınan Alıbəy Rzaxanov da tutulub. Əlifxan Şahverdiyev Xəlfəlidə, Alıbəy Rzaxanov isə Bakının Güzdək qəsəbəsində leş ətlərinin tədarükü və satışı ilə məşğul olub.

Əldə etdiyimiz yeni məlumatlarda bildirilir ki, bu Əlifxan Şahverdiyevin birinci həbsi deyil. O, bundan əvvəl də həbs edilib. Məsələn, 2017-ci ildə Əlifxan Şahverdiyevin Xəlfəli kəndindəki evinin həyətindən ümumi çəkisi 600 kiloqram olan leş ət aşkar edilib. Həmin ətlərdən baytarlıq laboratoriyasında müayinə üçün nümunələr götürülüb.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən 24 nümunə ət və 1 nümunə daxili orqanda (qaraciyərdə) bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən götürülən nümunələrin hamsının aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan ətləri (leş əti) olması müəyyənləşdirilib. Müayinə zamanı bütün nümunələrin keyfiyyətsiz, qida üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Həmçinin aparılan müayinə zamanı 24 ət nümunəsindən 1 nümunənin at, 3 nümunənin xırdabuynuzlu heyvan və 20 nümunənin iribuynuzlu heyvan əti olması müəyyən edilib.

Bu barədə hətta mediada məlumat dərc edilib. Lakin qısa müddətdən sonra Əlifxan Şahverdiyev azadlığa buraxılıb və yenidən bu işlə məşğul olub. Məlumatlarda bildirilir ki, Əlifxan Şahverdiyevin yaratdığı dəstənin üzvləri əsasən qohumlarından ibarətdir. Onun bu işlə məşğul olduğu isə bütün rayon camaatına bəllidir. “Onu hər dəfə tutub buraxırlar. Uzun illərdir bu işlə məşğul olur. Rayonda bunu hamı bilir. Amma onun vecinə də deyildi”, - deyə rayon sakinləri “Yeni Sabah”a bildirib.

Görünür, “leş mafiyası”nın güclü himayədarları var. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da saytımıza açıqlamasında bu mafiyanın “uzun əllərə” sahib olduğunu bildirmişdi. Hətta bir neçə il əvvəl “leş mafiyası”nin Bakının 3-cü mikrorayon ərazisindəki tədarük məntəqəsini deşifrə edərkən DİN-dən Eyyub Hüseynova təhlükəsizliyini təmin etmək təklifi gəlib.(Yeni Sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ən çox oxunanalar