Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lerikdə qarlı yolda qəza - ata və 2 yaşlı oğlu öldü - Yenilənib

Lerikdə avtomobil dərəyə aşıb, biri azyaşlı olmaqla 2 nəfər ölüb...

Lerikdə baş verən avtomobil qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.

"Report”un Cənub Mərkəzinin məlumatına görə, Orand-Lerik yolunda qeydə alınan hadisə nəticəsində 1988-ci il təvəllüdlü Xəqani Orucəli oğlu Rəhimov və onun 2 yaşlı oğlu Hüseyn Xəqani oğlu Rəhimzadə ölüb.

Xəsarət alanlar isə bunlardır: Elnarə Hacıbaba qızı Rəhimli (1993-cü il təvəllüdlü, ölən uşağın anası), Zəhra Xəqani qızı Rəhimli (2012-ci il), Nigar Xəqani qızı Rəhimli (2016-cı il təvəllüdlü) və Hüseynəli Faiq oğlu Rəhimli (2017-ci il təvəllüdlü).

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəzada travma alan 1989-cu il təvəllüdlü Mail Musa oğlu Rüstəmov isə Lerik Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, sürücü Mail Musa oğlu Rüstəmovun idarə etdiyi UAZ markalı avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Ölənlər və xəsarət alan 3 nəfər bir ailənin üzvləridir və Zuvand kənd sakinləridir.

***

Lerikdə avtomobil dərəyə yuvarlanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun ucqar dağ kəndi olan Orandda qeydə alınıb. Mail Rəhimovun idarə etdiyi "UAZ" markalı avtomobil dərəyə aşıb. Nəticədə ilkin məlumata görə, hadisə yerində sərnişinlər arasında olan azyaşlı dünyasını dəyişib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılardan biri Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Digər yaralılar isə Lerik Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Maşının idarəetmədən çıxmasına səbəb kimi yolun qarla örtülü olması göstərilirr.

Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket: Lerik qəza

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar