Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lerik ictimaiyyətinin Prezident İlham Əliyevə müraciəti

Lerik rayon ictimaiyyətinin Azərbaycan Respublikasının Prezidenti, 
Ali Baş Komandan İlham Əliyevə müraciəti!

Cənab Ali Baş Komandan!

İlk öncə dogma Azərbaycanımızın haqq davasında torpaqlarımızın işgaldan azad olunması üçün göstərdiyiniz qətiyyətə görə sizə dərindən minnətdarlığımızı bildiririk. Uzun illərdir ki, hər bir Azərbaycan vətəndaşının səbirsizliklə gözlədiyi gün nəhayət ki, gəlib çatdı. Müzəffər ordumuza torpaqlarımızın işğalına son qoyulması üçün əmr verildi. 

Əsrlərdir Azərbaycanda yaşayan bütün xalqlar bu vətəndə dostluq, qardaşlıq, dinc və əmin-amanlıq şəraitində yaşayırıq. Birlikdə bu vətənin çiçəklənməsi yolunda, vətənimiz Azərbaycanın ərazi bütövlüyu ugurunda hər zaman çiyin–çiyinə olmuşuq və bu dünya durduqca davam edəcək. 
Bu günlərdə Azərbaycan ordusunun şanlı tarix yazaraq bir birinin ardınca işgalda olan torpaqlarımızı azad etməsi terrorçu Ermənistan qıcıqlandırır və buna görə də mülki əhalinin hədəf seçməklə yanaşı həm də uydurma informasiyar yaymaqla məşgul olur. Ermənilərin  uydurma iddialarına görə guya Azərbaycanda azsaylı xalqlar zorla döyüşməyə vadar edilir.

Sizə müraciət edərək bildiririk ki, hər zaman Ordumuzun, Dövlətimizin yanındayıq və bu müqəddəs savaşda bir nəfər kimi ermənilərə qarşı indiyə qədər olduğu kimi yenə də vuruşmaga hazırıq. Erməni təxribatçılarına cavab olaraq bildiririk ki, təkcə Lerik rayonu 1990-cı ildən bu yana ermənilərə qarşı döyüşdə  160–dan çox şəhid verib. Bu gün də yüzlərlə Qarabag qazisi, minlərlə müharibə veteranı sizin tam səfərbərlik fərmanını səbrsizliklə gözləyirik.

TANRI ORDUMUZU MÜZƏFFƏR ETSİN.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar