Bazar, 05 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Lerik camaatının necə deputat görmək istədiyini yaxşı bilirəm”

Babək Hüseynov: “Prezidentin seçkilə bağlı məlum çağırışları mənim bu prosesə böyük inamla qoşulmağımda həlledici rol oynadı”

 

Ölkədə maraqla izlənən və ən çox diqqət mərkəzində olan dairələrdən biri də 78 saylı Lerik seçki dairəsidir. Bu dairədəki seçicilərin rəğbətlə qarşıladığı və böyük dəstək verdiyi Babək Hüseynovun namizədliyini irəli sürməsi təsadüfi deyil.

Tərcümeyi-hal; Hüseynov Babək Meyxos oğlu - 21 Dekabr 1973-cü ildə Lerik Rayon Pirasora Kəndində anadan olub.

1980-1988-ci illərdə Pirasora kənd orta məktəbində, 1988-1991-ci illərdə Bakı şəhəri 5 №-li Kimya–Biologiya Təmayüllü Internat Məktəbində təhsil alıb.

1991-ci ildə Moskva Kooperativ İnstitutunun Mühasibat Uçotu, Nəzarət və Təsərrüfat Fəaliyyətinin Təhlili ixtisasına qəbul olunub. 1995-ci ildə Azərbaycan Kooperasiya İnstitutunu bitirib.

2006-cı ildə Bakı Dövlət Universitetinin Hüququ fakultəsinin Hüquqşünaslıq ixtisasına qəbul olunub. 2010-cu ildə həmin ixtisasın bakalavr dərəcəsini bitirib.

1995 -1996-ci illərdə “Azərittifaq” Tələbə İstehlak Cəmiyyətində mühasib vəzifəsində çalışıb.

1996-2000-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

2000 –ci ildə Suraxanı Rayon üzrə Vergilər İdarəsində dövlət vergi müfəttişi vəzifəsinə təyin olunub.

2001-ci ildə 2-ci dərəcəli müfəttiş xususi rütbəsi alıb.

2001-2002-ci illərdə Suraxanı Rayon üzrə Vergilər İdarəsində şöbə rəisi vəzifəsini tutub.

2004-2007-ci illərdə “M+Xan+S Firması” MMC və “Azferm” MMC-də direktor olub.

2007-ci ildə “Azəri Şirkətlər Qrupu” MMC-nin direktoru vəzifəsinə təyin olunub.

2019-cu ildə “Bakı Kamazavtomərkəz” MMC-nin Baş hüquqşünası vəzifəsinə təyin edilib.

Rəhbərlik etdiyi şirkətlərdə 500-dək işçi çalışıb.

Babək Hüseynov “AzPolitika.info”-ya müsahibəsində platforması, seçki kampaniyasının gedişi və əsas hədəflərindən danışıb. Müsahibəni oxuculara təqdim edirik:

- Babək müəllim, bildiyimizə görə, Bakıda yaşayırsınız və əsas fəaliyyətiniz paytaxtdadır. Bununla belə, namizədliyinizi Lerik rayonundan verməyiniz nə ilə bağlıdır, niyə məhz Lerik?

- Əvvəlcə qeyd edim ki, mən nəinki Bakıda, vətənimin, hətta dünyanın hər hansı bir digər nöqtəsində olsam belə, doğulub boya-başa çatdığım doğma Lerik torpağı məni hər zaman özünə çəkib, mənim üçün əziz olub. Digər tərəfdən, Bakıda yaşamağıma, burada işləməyimə, müxtəlif vəzifələr daşımağıma baxmayaraq, heç vaxt Leriklə əlaqəmi kəsməmişəm. Əksinə, elimin-obamın xeyrində, şərində iştirak etməyə çalışmışam. Hər zaman bu torpaqların ruhunu, nəfəsini öz üzərimdə hiss etmişəm. Buranın hər kəndini, dağını, dərəsini, çayını tanıyıram və bununla yanaşı, burada yaşayan, Lerikin təbiəti kimi saf, təmiz insanlarının sevincindən, xoş günündən xəbərdar olduğum kimi, onların qayğılarından, problemlərindən də çox yaxşı xəbərdaram.

- Eşitdiyimizə görə, Lerikdə kifayət qədər tanınan bir nəslin nümayəndəsiniz...

- Bəli. Mənim atam Meyxos Hüseynov bu elin çox hörmətli, bütün ömrünü zəhmətlə, fədakarlıqla keçirən ağsaqqallarından olub. Atam keçmiş SSRİ, həmçinin Azərbaycan Republikasının əməkdar kənd təsərrüfatı işçisi fəxri adına layiq görülüb. SSRİ dövründə, Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi vaxtlarda Meyxos Hüseynov "Oktyabr inqilabı",”Keçici Qırmızı Bayraq”, "Qırmızı Əmək Bayrağı", "Xalqlar Dostluğu" ordenləri və bir çox medallarla təltif olunub, Rayon Ağsaqqallar Şurasının üzvü seçilib. 2015 -ci ildə cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Republikasının əməkdar kənd təsərrüfatı işçisi fəxri adı və təqaüdü ilə təltif olunan atam 2018-ci ildə vəfat edib. Hacı Meyxos kişinin evi hər zaman bu el-obanın istər dar, istərsə də sevincli günündə ürəklə üz tuta biləcəyi bir ocaq olub. Mənim bu barədə çox danışmağım doğru olmaz, xalqın gözü tərəzidir və ən doğru qiyməti də el-oba verə bilər. Mən isə sadəcə, bu ocaqda hər zaman mövcud olan ənəni daha yüksək səviyyədə davam etdirmək istəyirəm. Namizədliyimi məhz Lerikdən irəli sürməyim də bu istəklə bağlıdır. İstəyirəm ki, doğma el-obamın səsinə çevrilim, onun etimadını qazanım, istəyini, qayğılarını, arzularını çatdıra bilim...

- Bir müstəqil namizəd kimi, platformanız nədən ibarətdir və ümumiyyətlə, sizcə, növbədənkənar seçkinin keçirilməsi hansı zərurətdən irəli gəlirdi?

- Mən hər zaman ölkə rəhbərliyinin, cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın Azərbaycanı inkişafa, uğura aparan yol tutduğuna əmin olmuşam. Son iqtisadi islahatlar, kadr və struktur dəyişiklikləri isə göstərdi ki, hər zaman olduğu kimi, ölkə başçısı birmənalı olaraq, Azərbaycanın mənafelərinə uyğun şəkildə, ortaya siyasi iradə, qətiyyət qoyub. Həmin islahatların siyasi qolu isə növbədənkənar parlament seçkisinin təyin olunmasıdır. Və məhz ölkə başçısının bu seçkilə bağlı məlum çağırışları mənim bu prosesə böyük həvəs və inamla qoşulmağımda həlledici rol oynadı. Prezidentin “Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır” fikri məndə özümü sınamaq, insanların mənə olan münasibətini real səsə, dəstəyə çevirmək istəyi və qətiyyəti yaratdı...

Platformama gəldikdə isə, burada da mənim məqsəd və məramlarım yığcam formada öz əksini tapıb və onun əsas məğzi xalqıma, dövlətimə ləyaqətlə xidmət etməkdən ibarətdir. Mənim platformamın bəndlərindən biri – “Lerik rayonunda, nümunəvi deputat imicinin yaradılması” adlanır. Məncə bu bənd seçki platformamın ən lakonik və yığcam təsviri sayıla bilər. (Platforma müsahibənin sonunda təqdim edilib-red.)

- Artıq seçki kampaniyasının əhəmiyyətli bir hissəsi geridə qalıb. Nələri müşahidə etmizsiniz, sizcə seçici onu təmsil etməli olan millət vəkilindən nə gözləyir?

- Artıq xeyli vaxtdır aktiv seçki kampaniyası aparıram. Ancaq əslində, doğma el-obasına bağlı olan kəs seçki kampaniyasından asılı olmayaraq, hər zaman onun yanında olmağa çalışmalıdır. Bu baxımdan hesab edirəm ki, əslində mənim yerli əhalilə ünsiyyətim, əlaqəm, belə demək mümkünsə kampaniyam yalnız indiki seçki müddətilə məhdudlaşmır. Seçicilərlə ünsiyyətimə və onların istəklərinə gəlincə, mənə elə gəlir ki, bu gün bizim el-oba ənənəvi deputat-seçici münasibətində bir yenilik istəyir. Yəni ki, ötən illərdə bizim dairədə mövcud olan bu münasibət qənaətbəxş sayılmır. İslahatlar Lerikə, bu dairədəki seçici-deputat münasibətlərinə də gəlib çatmalıdır. Elə adi, asan həll olunan sosial, məişət problemləri var ki, onları həll etmək üçün heç deputat kürsüsünə çıxıb, oradan bunları elan etməyə də ehtiyac yoxdur. Sadəcə, xalqın arasına çıxmaq, onun problemlərini yaşamaq və onların həlli üçün çalışmaq lazımdır. Bunun üçünsə deputat seçicilərin yanında olmalıdır. Mən də indiyə qədər mövcud olan həmin ənənəvi münasibətləri dəyişmək, yeniləmək istəyirəm.

- Rəqibləriniz barədə nə düşünürsünüz və onların şanslarını necə qiymətləndirirsiniz?

- Mən bizim dairədə namizədliyini verən hər bir şəxsə hörmətlə yanaşıram. Onların hər birinin xalqın xidmətində durmaq, öz konstitusion hüquqlarından istifadə etmək istəyini də təbii və normal qarşılayır, hətta bunu təqdir edirəm. Lakin onların şanslarının mənim tərəfimdən dəyərləndirilməsi düzgün olmazdı. Çünki söz seçicinindir və hər bir namizədə ən düzgün qiyməti də seçici verir. Mən sadəcə, əvvəldə də qeyd etdiyim kimi, onu deyə bilərəm ki, xalqın gözü tərəzidir və məhz seçici ən çox layiq bildiyi namizədi seçəcək.

- Bəzi namizədlər və hətta seçicilərin də bir qismi tərəfindən seçkinin şəffaf, ədalətli keçiriləcəyi, qutudan doğrudan da xalqın etimad göstərdiyi namizədin çıxacağı ilə bağlı şübhələrinə rast gəlinir. Sizin bu məsələyə münasibətiniz necədir?

- Mən kimllərinsə subyektiv fikirlərinə yox, ölkə rəhbərliyinin iradəsinə və öz müşahidələrimə güvənirəm. Mənimsə gördüyüm cənab Prezidentin birmənalı, qəti iradəsi və mövqeyi, namizədliyimi verdiyim dairədə isə seçicilərin mənə olan münasibətidir. Əvvəldə də qeyd etdiyim kimi, Prezident İlham Əliyev bu seçkilərin məqsədinin məhz insanların etimad göstərdikləri namizədlərin seçilməsi olduğunu deməklə, bütün suallara cavab vermiş olub. Və heç kim Prezidentin iradəsinə qarşı gedə bilməz. Seçicilərlə görüşlərim, onların mənə verdiyi dəstək isə onu deməyə əsas verir ki, bu siyasi iradə və el-obamın mənə olan güvəni sayəsində bu dairədə məhz mənim qalib gəlməyimə heç bir maneə yarana bilməz.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Fonda yardım üçün səfərbər oldular - Siyahıda kimlər var?

ABŞ-ın səhiyyə sistemi: “Ölsən, bundan yaxşıdır”...

"Semaşko"nun 10 əməkdaşında koronavirus aşkarlandı

Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlanıb - Video

Azərbaycanda 200 min şəxsə birdəfəlik ödəniş veriləcək

Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunacaq - Rəsmi

Vüqar Səfərli işdən çıxarıldı - Prezident KİVDF-yə yeni icraçı direktor təyin etdi

Vüqar Səfərlinin yerinə təyin olunan Əhməd İsmayılov kimdir? - Dosye

Dəhşət: Koronavirus indi də heyvanlar arasında da yayılmağa başlayıb

Qəbiristanlıqda yer qalmadı, koronavirusdan ölənlərin cəsədləri evlərinin önünə qoyuldu - Video

Azərbaycanda internetin zəif olmasının səbəbi açıqlandı

Rusiyada azərbaycanlı diaspor rəhbəri vəfat edib

loading...

Ən çox oxunanalar