Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəranskinin «xaç oğlu» Zaur Naxçıvanski haqda şok iddia - «oğru» adını…

Rusiya mediasında ən gənc azərbaycanlı «qanuni oğru» Zaur Naxçıvanski kimi tanınan Zaur Şipilov haqda ilginc iddia yayılıb

Bildirilir ki, «qanuni oğru»Rusiyada elektron mediaya nəzarət edən quruma «Rosqosnadzora» ilginc müraciət ünvanlayıb. O, müraciətində bildirib ki, şəkillərinin kriminal aləmin nümayəndələri ilə birgə yayılmasına etiraz edir. Bu səbəbdən iki tirajlı saytın bağlanmasını, ya da cəzalandırılmasını istəyir. «Qanuni oğru»nun etiraz etdiyi şəkillər sırasında onun ən yaxın adamlarından hesab olunan Rövşən Canıyev də (Lənkəranski) var.

Musavat. com bildirir ki, Zaur Bayram oğlu Şipilov 1985-ci ilin oktyabrın 18-də Rusiyanın Orenburq şəhərində anadan olub. O, kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Bayram Talıbov Rusiyadakı azərbaycanlılar arasında çox böyük nüfuza malik olub. 2006-ci ilin aprelində o, Sabirabadlı Hikmət kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib.

Sabirabadlı Hikmətin obyektlərinə nəzarət Rövşən Lənkəranskiyə keçdiyi üçün o, Zauru öz himayəsinə götürüb. Lənkəranski Zaurun kriminal aləmdə yer tutmasında hər zaman ciddi dəstək verib.

Rusiya mətbuatı bu səbəbdən Zauru Rövşən Lənkəranskinin “xaç oğlu” adlandırıb. 2013-cü ildə Türkiyədə keçirilən sxodka da ona “qanuni oğru” titulu verilib. 27 yaşında qanuni oğru olan Zaur Şipilov Zaur Naxçıvanski kimi tanınmağa başlayıb.

Zaur Naxçıvanski 2015-ci ilin oktyabrın ayında Moskvanın Alayski bazarında olan “Çertanovskoy” restoranında polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində külli miqdarda narkotik vasitə (heroin) aşkarlanıb. Ona Rusiya Cinayət Məcəlləsinin 228-ci (narkotik vasitə) ittihamı verilib. Moskva şəhər Çertanov rayon Məhkəməsinin hökmü ilə Zaur Naxçıvanski 3 il müddətə azadlıqdan məhrum edilib.

Şipilovun cəzası 2018-ci ilin oktyabrın 6-da başa çatıb və hazırda azadlıqdadır.

Azərbaycanlı «qanuni oğru» Nadir Səlifova(Lotu Quli) qarşı olan kriminal lar sırasında Zaur da var.

Onun niyə bu motivlə müvafiq quruma müraciət etməsinin səbəbi haqda mülahizə irəli sürmək olar. Belə ki, Zaur Şipilov Rusiyada «qanuni oğru»lara qarşı qəbul olunmuş sərt qanun təsiri altına düşmək istəmir…

pia.az


Etiket: Lənkəranski


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar