Cümə, 05 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Lənkəranda karantin şəraiti - Məmnunluq

Xaricdən gələn və karantinə alınan insanlar: "Dövlətimizə minnətdarıq!"...

Xaricdən gələn və karantinə alınan insanlar: "Dövlətimizə minnətdarıq!" -- deyə, bu sağlamlıq mərkəzindəki yüksək şəraitli hoteli onlar üçün ayıran sahibkara da minnətdarlıq edirlər

Dünyada reyestri getdikcə genişlənməkdə davam edən qorxulu xəstəliklərin indi də yeni bir rezistent forması baş qaldırıb və az müddət ərzində bəşəriyyəti qorxuya salıb. Baş qaldırıb, vüsət aldıqları gündən indiyədək hələ də sağalmaz bir xəstəlik olaraq qalan və yüz milyonlarla insanın ölümünə səbəb olan taun, vəba, təbii çiçək, sarı qızdırma, Rus qripi, Asiya qripi, İspan qripi, Donuz qripi, Quş qripi... kimi, koronavirus adlı bu qlobal bəlanın da xüsusi təhlükəli infeksiyasının epidemiya və pandemiyası istənilən an bəşəriyyəti böyük faciələrlə üz-üzə qoya bilər. Hər il hava-damcı yolu ilə yayılan, mövsümi soyuqdəymənin əsas baiskarı olan koronavirusun yeni, təkamül keçmiş, təhlükəli COVID-19 ştamı artıq dünyanı silkələyə bilib. Bu təhlükəli virusa yoluxanların və ölənlərin sayının sürətlə artması deyilənlərin daha bir sübutudur.

Bu -- faciədir və onun qarşısını almaq məqsədilə, dünyanın bütün ölkələri kimi, dövlətimiz də mühüm layihələr həyata keçirir. Ölkənin səhiyyə sektorunun qorxulu koronavirusa qarşı tədbirlərinin inkişaf etdirilməsi üçün, hətta dövlət büdcəsindən milyonlarla manat vəsait də ayrılıb. Prezidentin təşəbbüsü ilə, Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması isə, dünya ölkələri üçün, bu qlobal bəlaya qarşı nümunəvi mübarizə metodu kimi, ölkəmizin daha bir uğuru olaraq yüksək qiymətini alıb. Çünki ümumbəşəri bəlaya çevrilən koronavirusla mübarizənin yeganə yolu həmrəylik olduğu üçün, bizim ölkədə bu həmrəylik təkcə sözdə yox, əməldə də özünü göstərib və dövlətin vətəndaşları üçün həyata keçirdiyi işlərə dəstək verib. Bütün bunlardan əlavə, artıq pandemiya hesab edilən bu epidemiya ilə mübarizədə daha effektiv, daha ucuz və daha əlçatan üsullar işlənərək, hazırlanıb. Ən əsası odur ki, dövlətimiz, bu təhlükə vüsət almamışdan öncə müəyyən məqsədlər üçün xaricə gedən vətəndaşlarını da unutmayıb. Elə, möhtərəm prezidentimizin ciddi nəzarəti ilə, onların, sərhədləri bağlanan ölkələrdən doğma Vətənə dönüşləri xeyli asanlaşdırılıb. Xaricdən gələn həmvətənlərimiz öncə karantinə alınırlar -- mənim kimi!..

...Koronavirus qorxusu vüsət almadan öncə, həyat yoldaşımla bərabər, mən də qardaş Türkiyə Cümhuriyyətində səfərdə idik. İstirahətimiz yaxşı keçsə də, koronavirusla bağlı orada yaranan gərgin durum bizi olduqca narahat etdi. Bəzi insanlar bu ciddi məsələyə biganə yanaşsalar da, qalanları problemin ciddiliyini başa düşüb, bizi kimi, hədsiz narahatlıq keçirirdilər. Hətta oradakı apteklərdən spirt, tibbi maska tapmaq da müşkül məsələyə çevrilirdi. Bu çətinliklər ucbatından, martın 18-də Türkiyədən geri dönüşümüz bizə olduqca "baha başa gəldi". Üç gün İstanbul Hava Limanında olmazın çətinliklərlə üzləşdik. Dediklərim, bizimlə bərabər aeroportun sərnişini olan Səfər Məmmədovun video-çəkilişlərinin, -- elə, yazıma əlavə etdiklərim də, həmin çəkilişlərdir, -- "baş mövzusu" idi.

Bu dar məqamlarda möhtərəm prezidentimizin vətəndaşlarımıza olan hədsiz diqqəti köməyimizə çatdı. Ölkə başçısının göstərişiylə ayrılan pulsuz çarter reyslərində hava limanında əziyyət çəkən həmvətənlərimiz doğma Vətənə gətirildilər. Həmin çarter reysləri ilə xaricdən ölkəyə gətirilən 500 nəfərə yaxın soydaşımız karantinə yerləşdirildi. Onların arasında həyat yoldaşımla mən də varam və hazırda Azərbaycanın ən gözəl guşələrindən birində -- Lənkəranın Haftoni kəndindəki yüksək şəraitli “LANKARAN SPRINGS WELLNESS RESORT” adlı ən yeni sağlamlıq kurort kompleksində müayinə müddəti keçirik. Martın 22-dən paytaxt Bakının cənubundan 250 kilometr məsafədə yerləşən, dünyanın ən effektiv balneoloji kurortlarından biri kimi, öz unikal müalicəvi qaynaqları -- istisuları ilə məşhurlaşan, gözəgəlimli dağ-meşə landşaftı ilə əhatə olunan, Xəzər dənizindən cəmi 10 dəqiqəlik və Lənkəran Beynəlxalq Hava Limanından 15 dəqiqəlik məsafədə yerləşən bu kurort kompleksinin unikal memarlıq üslubuna malik mehmanxanalarında hərtərəfli qayğı ilə əhatə olunmuşuq. Sağlamlıq mərkəzindən, avadanlıqla təchiz edilmiş mineral mənbələrdən, uşaq mərkəzindən ibarət olan və ümumilikdə 11 hektarlıq sahəni əhatə edən, qonaqlarına yüksək ixtisaslı həkimlərin məsləhəti ilə yazılmış termal prosedurların geniş spektri təqdim olunan, həmçinin açıq terrasından görünən və insanlara zövq verən gözəl mənzərəsi ilə diqqəti cəlb edən bu unikal kompleksdə bizə göstərilən diqqət və qayğıya görə, öz adımdan və karantindəki digər həmvətənlərimizin adından öncə minnətdarlığımızı cənab prezidentə, sonra isə, bu beş ulduzlu hotel kompleksinin rəhbərliyinə çatdırırıq. Niyə də çatdırmayaq ki?!. Axı, Azərbaycana çatan kimi, cənab prezidentin xüsusi göstərişi ilə, bizi yüksək səviyyədə qarşılayıb, bura gətirdilər. Sağ olsunlar, rahatlığımız, sağlamlığımız üçün hər şeyi nəzərə alırlar. Gündə üç dəfə yüksək keyfiyyətli yeməyimiz verilir. Otaqlarımızda hər şeyimiz var. Hətta spirt və tibbi maskalardan da korluq çəkmirik.

Bizi unutmadığına görə, dövlətimizin başçısına bir daha minnətdarlığımızı çatdırırq. Bu yerdə onu da qeyd edim ki, martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışındakı çıxışı zamanı möhtərəm Prezidentimiz İlham Əliyev cənabları, koronavirus karantini üçün hotellərini ayırdıqlarına görə təşəkkür etdiyi iş adamları arasında, bu hotel kompleksinin sahibinin də adını çəkdi. Ölkə başçısının dediyi kimi, hazırda Azərbaycana gələn hər bir insan karantinə yerləşdirilir. Hesab edirəm ki, cənab prezidentin göstərişi ilə karantin üçün görülən işlər də nümunəvi xarakter daşıyır. Çünki karantinə alınan insanlar, dörd və beş ulduzlu hotellərdə saxlanılırlar -- bizim kimi! Fürsətdən istifadə edərək, mən də, belə bir hoteli ümumi işimizə təmənnasız təqdim etdiyi üçün, onun sahibinə, eləcə də müdiri Elmar Ağayevə, Baş həkimi Ağəli Əliyevə, digər məsul şəxslər olan Vüqar Məhərrəmova, Fuad müəllimə və Rəşad müəllimə dərin təşəkkürümüzü və minnətdarlığımızı çatdırmaq istəyirəm.

Mənim bu minnətdarlıq çağırışıma burada müayinə keçən həmvətənlərimiz Səfər Məmmədov, Ruslan Nəbiyev və Azərbaycan Dövlət Neft Şirkətinin işçisi, əməkdar neftçi Seymur Məmmədov da qoşulduqlarını bəyan edirlər. Ona görə ki, bu beş ulduzlu kurort kompleksinin rəhbər heyəti, bu xəstəliklə mübarizə aparmaq üçün öz imkanlarını tamamilə təqdim etdilər və bu gözəl obyektlərini karantində saxlanılan insanların sərəncamına verdilər. Kompleks sahibinin ciddi göstərişi ilə, bundan başqa, bu istirahət mərkəzinin bütün əməkdaşları da bu vacib işə cəlb edildilər. Onlar tərəfindən karantindəkilərə göstərilən çox yaxşı münasibətin və yüksək xidmətin nəticəsidir ki, onların fikirləri hotel işçilərinə qarşı birmənalı olaraq müsbətdir. Onlar burada hər bir işin öz qaydasında olduğunu bildirir və qeyd edirlər ki, pulsuz nəzərdə tutulmuş hər şeylə təmin olunurlar. Onlara buranın ixtisaslaşmış tibbi personalın çalışdığı sağlamlıq-tibb mərkəzi də təqdim olunub. Bir sözlə, karantindəkilərə qarşı normal səhiyyə mühitinin formalaşmasında buranın tibbi heyətinin əziyyəti az deyil və onların rəğbətini az müddət ərzində qazana biliblər.

Ən əsası odur ki, hotel rəsmilərinin göstərişləri ilə, burada karantində olanlar arasında marifləndirmə işləri də yüksək səviyyədə aparılır, xalqımızın və dövlətimizin belə çətin imtahan qarşısında qaldığı bir zamanda, COVİD-19 infeksiyasına qarşı mübarizədə birlikdə olmağımız bizdən xahiş olunur.
Bir daha bizə son dərəcə diqqətli olmağımız, məsuliyyətli davranmağımız, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamağımız və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görməklə, bu qaydalara riayət etməyimiz məsləhət görülür. Bildirilir ki, insan övladı təlimatları dinləyib, tapşırıqlara əməl etməklə, nə qədər dəhşətli olsa da, bu bəlanı da yenəcək. İndi hər kəsin əsas vəzifəsi isə, özünü, ailəsini, kəndini, şəhərini, ölkəsini, dünyanı bu bəladan qorumaqdır.

Sonda, bir daha qeyd etmək istəyirəm ki, bu unikal sağlamlıq kurort kompleksi rəhbərliyinin bu gərgin məqamda həyata keçirdiyi xoş işlərin nəticəsidir ki, karantində qalan insanların rahatlığı tam təmin edilib. Onu da bildirim ki, karantindəki bütün insanların rahat yaşaması üçün dövlət bütün xərcləri öz üzərinə götürüb. Axı, elə, belə də olmalıdır. Çünki dövlətimiz hər zaman vətəndaşının yanındadır və bu ağır günlərdə bir daha bu nümayiş olundu.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Parlamentə yenə nənəsi ermənilər seçilib, iki nazirin də nənəsi ermənidi“ - Cümşüd Nuriyev

Niyə Mahmudov? Niyə indi? - Ərəstun Oruclu cavablandırır

Azərbaycanda qız övladı olan ailələrə şad xəbər

“Tutuquşu kimi qonşu ölkələr nə etdisə, onun təkrar etməməlidilər”

Vilyam Hacıyevin topladığı milyonlar kimə çatacaqdı-  Sensasion iddia

Bakıda tələbə qız özünü 18-ci mərtəbədən atdı

“Evdə oturmaq təcrübəsini kənara atmaq lazımdır” - Professordan karantin qaydalarına etiraz

Vilayət Eyvazov sabiq icra başçısının qardaşını işdən çıxardı

Azərbaycanda keçmiş oliqarxın kürəkəni həbs edildi

Bakıda koronavirusa yoluxma: 1-ci və sonuncu yerdə olan rayonlar

loading...

Ən çox oxunanalar