Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəranda dövlət məmurları arasında dava - Baş Prokurora müraciət edildi - Video

Lənkəran şəhər Şürük kənd bələdiyyəsinin sədri Valeh Hüseynli Respublika Baş Prokuroru Kamran Əliyevə müraciət edib.

PİA.az xəbər verir ki, bələdiyyə sədri müraciətində "Lənkəran Yol Tikinti" ASC-nin sədri Raqib Məmmədovdan şikayət edir.

Valeh Hüseynli Raqib Məmmədov tərəfindən ağır söyüşlərlə təhqir olunduğunu və döyüldüyünü iddia edir:

"12.09.2020 -ci il tarixində saat 11:00 radələrindəan yaşadığım və bələdiyyə sədri olduğum Lənkəran rayon Şürük kənd yolun kənarında Raqibin işçiləri tərəfindən yolun qazıldığını və yerin altında olan sovet dönəmindən qalmış qaz torbalarının kəsilərək aparıldığını müəyyən etdim. İşi aparan fəhlələrdən nə üçün bələdiyyə mülkiyyətinə məxsus torpaqların qazıldığını və torbaların hara aparılmasını soruşduqda onlar bunun Raqibin göstərişi ilə etdiklərini bildirdilər. Dərhal işin dayandırılmasını tələb etdim və bu barədə Lənkəran Şəhər İcra Hakimiyyətini məlumatlandırdım.

Az keçməmiş qeyd olunan əraziyə yol patrul xidmətinin işçiləri və Lənkəran şəhərində yaşayan, özü cənub bölgəsinin sakini olan, xalq arasında "asfalt Raqib" kimi tanınan "Lənkəran Yol Tikinti" Açıq Səhmdar Cəmiyyətinin sədri və bir neçə müəssisəsinin sahibi Məmmədov Raqib özü də gəldi. Maşından düşən kimi dərhal mənim ünvanıma nalayiq küçə söyüşləri söyməyə başladı. "Sən kimsən!", “gic talış” ifadələri səsləndirməklə mənə qarşı kobudluq etdi. Mən ona iradlarımı bildirən zaman mənə qarşı zorakılıq hərəkətləri edərək kənd sakinlərinin gözü qarşısında əynimdə olan köynəyi cırdı.

Yol patrul xidmətinin 99-YP-954 nömrəli dövlət nişanlı avtomaşının ekipajı məni onun əlindən aldı. Mən ona şikayət edəcəyimi bildirəndə, o özündən çox razı halda "mənə heç kim heçnə edə bilməz" deyə cavab verdi...".(Pravda.az)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar