Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəranda 2 yük maşınının toqquşdu: 1 nəfər yanaraq öldü

Lənkəran rayonu ərazisində baş verən yol qəzasında yanaraq ölən şəxsin kimliyi məlum olub

"Volvo" və "QAZel" markalı yük avtomobillərinin toqquşması nəticəsində baş verən yanğında ölən şəxs Cəlilabad rayon Alar kəndinin sakini, 1983-cü il təvəllüdlü Rasif Nabatəli oğlu Əzizovdur.

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəranda baş verən yol qəzası barədə məlumat yayıb.

Nazirliyin saytında yerləşdirilən məlumatda bildirilir ki, FHN-in "112" qaynar telefon xəttinə Lənkəran şəhərinin Girdəni kəndində "Volvo" və "QAZel" markalı iki yük avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsinin baş verdiyi barədə məlumat daxil olub.

Hadisə yerinə Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Yanğın nəticəsində "QAZel" markalı yük avtomobilinin mühərrik hissəsi, kabinəsi və banında olan 3 ton arpanın 1,5 tonu yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Lənkəranda iki yük maşını toqquşub, ölən və yaralanan var.

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lənkəran rayonu Girdəni kəndindən keçən ərazisində Rusiya vətəndaşına məxsus TIR ilə "QAZel" markalı yük maşınları toqquşub. Nəticədə "QAZel" markalı yük maşını alışıb və hələlik kimliyi məlum olmayan Cəlilabad sakinlərindən biri yanaraq ölüb, digəri yaralanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə və Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Xidmətlərinin əməkdaşları cəlb olunub. Vəfat etmiş sürücü Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Yaralanan sərnişin, Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü Xalim Qulaməli oğlu Cəfərov isə TTSTY-nin "113" xidməti maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(APA)

pia.az


Etiket: Qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı müzakirə edilib

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” - Video

Ən çox oxunanalar