Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leninin məqbərəsi dağıdılacaq? – Müsabiqə elan olunub

Baş memar: “Heç kim müsabiqənin şərtlərini oxumaq istəmir”

Sovet proletariatının lideri Vladimir İliç Leninin Moskvada yerləşən muzeyi ilə bağlı qalmaqal yaranıb. Belə ki, məqbərənin istifadə qaydasının dəyişdirilməsi ilə bağlı Rusiya Memarlar İttifaqı müsabiqə elan edib.

PİA.az xəbər verir ki, ruslar, əsasən də kommunist ideyalarının daşıyıcısı olan vətəndaşlar bunun əleyhinə çıxırlar. İddiaya görə, hökumət Leninin mumiyalanmış cəsədini muzeydən çıxarmaq, oranı uçurmaq istəyir.

Memarlar İttifaqının rəhbəri Nikolay Şumakov isə yerli mətbuata açıqlamasında məsələnin yanlış anlaşıldığını deyib. O, məqbərənin bundan sonrakı istifadə qaydası barədə detalları açıqlayıb.

“Burada söhbət Leninin cəsədinin məqbərədən çıxarılmasından getmir. Binanın necə istifadə ediləcəyi qərarı verildikdən sonra buna baxıla bilər. Biz Leninin cəsədinin məqbərədən kənarlaşdırılmasını təklif etmirik. Məqbərənin dağıdılması məsələsi də yoxdur. Sovet memarlığının ən böyük əsərinin daha yaxşı istifadə edilməsi üçün həll variantları, layihələr gözləyirik”, - deyə Şumakov söyləyib.

Onun sözlərinə görə, heç kim müsabiqənin şərtlərini oxumaq istəmir: “Oxumayanlar da bildirirlər ki, Leninin cəsədi oradan çıxarılacaq, məqbərə partladılacaq. Bunlar şayiədir”.

Yeri gəlmişkən, Rusiyanın Kommunist Partiyasının lideri Gennadi Züqanov məqbərənin başqa formada istifadəsinə qarşı çıxıb. O, movzeleylə bağlı keçirilən müsabiqəni çirkin təxribat adlandırıb.(AYNA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar