Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lenin Mavzoleyində partlayış törədən terrorçunun sirri… - Fotolar

Güclü partlayış səsi baş katibin kabinetində də aydın eşidilib, bu səs bütün Kreml məmurlarını vahiməyə salıb

Həmişə sakitliyin hökm sürdüyü Kreml ərazisində gözlənilmədən baş verən bu partlayış təbii ki, ölkənin birinci şəxslərinin ciddi narahatlığına səbəb olub.

1 sentyabr, 1973-cü il, Moskva şəhəri, Qızıl Meydan...

1 sentyabr olduğundan həmin gün Qızıl Meydanda qələbəlik olub. Məktəblilər ilk dərs günündə gəzintiyə çıxıblar, bir çox məktəb kollektivləri isə Lenin Mavzoleyini ziyarət etmək üçün növbəyə dayanıblar.

Naməlum şəxs də bu məktəblilərin sırasında mavzoleyə daxil olub. Xüsusi mühafizə əməkdaşları isə məktəblilərin arasında keçdiyindən bu şəxsin müəllim olduğunu zənn ediblər. Digər bir tərəfdən isə əlində heç bir əşya və çanta olmayan, o cümlədən geyiminin altında heç bir qabarıq hiss olunmayan bu şəxs digərləri kimi sərbəst şəkildə mavzoleyə daxil olub.

Naməlum şəxs Leninin nəşinə yaxınlaşanda köynəyin şalvara salındığı qurşaq hissədə gizlətdiyi partlayıcını çıxararaq, onu partlatmaq istəyəndə içəridəki mühafizəçilərdən biri onu kənara itələməyə macal tapıb. Partlayıcı Leninin nəşindən kənarda partlayıb. Əvvəlcədən hazırlanmış partlayıcı həcmcə kiçik olsa da, böyük dağıntı gücünə malik olub və səsi ətrafa da yayılıb.

Partlayış nəticəsində iki nəfər turist yerindəcə həlak olub, dörd nəfər məktəbli ağır bədən xəsarəti alaraq təcili xəstəxanaya çatdırılıb, onlardan biri sonradan xəstəxanada dünyasını dəyişib. Naməlum şəxs isə tanınmaz hala düşüb, onun yalnız sağ qolu və başı bütöv qalıb, bədəninin digər hissələri kiçik hissələrə parçalanıb.

Təcili olaraq SSRİ DTK-nın sədri Yudi Andropov, onun birinci müavini Georgi Tsenyov, Kremlin komendantı general-mayor Sergey Şornikov, sonda isə SSRİ daxili işlər naziri Nikolay Şelekov hadisə yerinə gəliblər.

Baş katib Leonid İliç Brejnevin göstərişi ilə DTK-da xüsusi əməliyyat qrupu yaradılıb.

Hadisə ilə bağlı Siyasi Büroda keşirilən iclasda Lenin Mavzoleyində baş vermiş hadisə terror aktı kimi qiymətləndirilib. Müşavirədə hadisənin tam məxfi saxlanılması qərarlaşdırılıb. Və sözsüz ki, bu hadisənin Qərb mətbuatına çıxmaması üçün bütün lazımi tədbirlərin həyata keçirilməsi zəruri sayılıb. Təbii ki, Qərb mətbuatında Leninin nəşinə fiziki təsir sovet rejiminə olan etiraz kimi təqdim olunacaqdı.

Yuri Andropovun şəxsən rəhbərlik etdiyi əməliyyat qrupu naməlum şəxsin kimliyini, sifarişçinin kim olduğunu müəyyənləşdirə bilməyib. Birincisi ona görə ki, həmin şəxs partlayış zamanı tanınmaz vəziyyətə düşüb, cibində olan pasport isə çox çətinliklə qismən bərpa olunub. Həmin pasport 21 il əvvəl dünyasını dəyişmiş kimsəsiz bir adama məxsus olub ki, bununla da heç bir izə düşmək mümkün olmayıb.

Amma hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirilib.

Versiyalardan birinə görə, partlayışın sifarişçisi daxili işlər naziri Nikolay Şelokov olub. Şelokovla Andropovun arasında olan konflikt haqqında hamı, o cümlədən Kremlin yüksəkçinliləri də məlumatlı olublar. Şelokov bu hadisəni törətməklə Andropova zərbə vurmaq niyyətində olub.

Belə ki, Kremlin və Lenin Mavzoleyinin təhlükəsizliyinə Andropovun tabeliyində olan DTK-nın 9-cu idarəsinin rəis müavini, Kremlin komendantı general-mayor Sergey Şornikov cavabdehlik daşıyıb. Və onu da qeyd edək ki, Şornikovla Şelekovun arasında da soyuq münasibətlər hökm sürüb. Bu versiyaya görə, Şelekov bir hadisəni törətməklə, iki nəfəri birdən, həm Şornikovu, həm də onun “şef”ini - Andropovu vurmağı planlaşdırılıb. Amma peşəkarlardan ibarət əməliyyat qrupunun əməkdaşları bu versiyanı sübuta yetirə biləcək heç bir dəlil üzə şıxara bilməyiblər.

Digər versiyaya görə, partlayışı törədən şəxsin heç bir siyasi ambisiyası olmayıb. Sadəcə bu şəxsin psixoloji problemi onu bu hadisəni törətməyə təhrik edib. Sözsüz ki, bu versiya da sübut oluna bilməyib. Çünki naməlum şəxsin kimliyini müəyyən etmək mümkünsüz olub.

Beləliklə, terror aktının müəllifini SSRİ-nin “qüdrətli DTK”-sı aşkar edə bilməyib.

Partlayışdan sonra mavzoley iki həftə ərzində təmir və bərpa işləri üçün bağlanıb. Və məhz həmin hadisədən sonra mavzoleydə təhlükəsizlik tədbirləri gücləndirilib, Leninin nəşi qoyulmuş sarkofaqın şüşələri güllə keşirməyən şüşələrlə əvəzlənib.

Qeyd edək ki, Lenin Mavzoleyində 1934, 1959, 1960, 1961, 1967-ci illərdə də terror aktlarına cəhd edilib. Amma proletariatın rəhbəri bir dəfə də olsun, bu cəhdlərdən ziyan çəkməyib.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar