Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Le Monde”: Fransa Azərbaycanla münasibətləri qaydasına salmağı arzulayır

Fransanın məşhur “Le Monde” nəşri azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa işləri və Qarabağda müharibə bitdikdən sonra Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin inkişafı barədə məqalə dərc edib.

“Report” xəbər verir ki, məqalədə Azərbaycanla Ermənistan arasındakı müharibənin rəsmi Parislə Bakı arasındakı ikitərəfli münasibətlərdə çatların yaranması qeyd edilir. Fransa şirkətləri azad edilmiş əraziləri bərpa etməyə icazə verilməyəcəyindən ehtiyat edirlər.

Bildirilir ki, buldozerlər Qarabağın mərkəzindəki Füzuli hava limanında gələcək uçuş zolağının 3 km-i hamarlayıb. Bir vaxtlar nəhəng döyüş meydanı olmuş ərazinin ətrafı minalar və partlamamış hərbi sursatlarla doludur.

"Prezidentimiz İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan öz ərazilərini qaytardı", - Azərbaycan "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyev deyib.

Fərhan Quliyevin sözlərinə görə, hava limanının tikintisi avqustun sonuna başa çatacaq. O, Azərbaycanın incisinə - Şuşa şəhərinə xidmət edəcək. "Bu, ölkədə Bakıdakı hava limanından sonra böyüklüyünə görə ikinci aeroport olacaq", - F.Quliyev əlavə edib.

“Le Monde”nin məlumatına görə, türk şirkətləri azad edilmiş bərpasına fəal cəlb edilib.

Qeyd edilir ki, müharibə Azərbaycanla Fransa arasındakı ikitərəfli münasibətlər praktikasını pozub. Rəsmi Ankara Bakıya qəti hərbi və diplomatik dəstək təklif edib, Paris isə daha çox Yerevana meyl etdi. Bu gün Fransanın iri şirkətləri Qarabağın yenidən qurulması üçün iddialı layihələrdən məhrum olacaqlarından ehtiyatlanırlar.

"Fransız şirkətlərinin təklifləri daha cazibədar olsa da, yeni müqavilələr gözləməyə dəyməz. Bu, yalnız emosional reaksiya deyil, etibar məsələsidir. Siyasi vəziyyət dəyişsə, fransızlar orada qalacaqmı? Bu, kədərlidir, çünki iki ölkə arasında əməkdaşlıq potensialı çox yüksəkdir. İyirmi illik səylərin heç nəyə gətirib çıxarmaması hissi yaranır", - deyə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının idarə heyətinin sədri Teybə Quliyeva şikayətlənib.

"Bizim layihələrimiz bloklanıb və ya çox yavaş-yavaş inkişaf edir", - bunu isə SUEZ Şirkətinin Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Alen Karbonel deyib.

“Le Monde”nin yazdığı kimi, rəsmi Paris Cənubi Qafqazdakı mövqeyini hiss olunmadan dəyişdirməyə çalışır və yanvarın 27-də Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuanı bölgəyə göndərib.

"Yerevanda dayanacaqla istənilən regional səfər əvvəlcə Bakıdan keçməlidir, əks halda o, inciyə bilər", - diplomatik mənbə qəzetə bildirib.

Qəzet hesab edir ki, Fransa prezidenti Emmanuel Makron 2018-ci ilin oktyabrında Yerevanda Frankofoniya Təşkilatının sammitinə baş çəkməklə səhvə yol verib.

Fransa və Azərbaycan bir neçə siyasi mənbəyinin informasiyasına əsasən, Fransanın xarici işlər naziri Jan-İv Le Drian ən yaxın həftələrdə Azərbaycan paytaxtına səfərə hazırlaşır.

Eyni zamanda xatırladaq ki, fevralın sonunda Fransanın 8 deputatından ibarət nümayəndə heyəti Bakıya gəldi. Onlardan biri - Frederik Düma hesab edir ki, Fransa - Azərbaycanın münasibətlərini bərpa etmək lazımdır. O etiraf edir ki, Frsansa Milli Məclisinin bəzi təşəbbüsləri obyektiv səbəblərdən Azərbaycan ictimaiyyəti tərəfindən pis qəbul edilib.

"Bu gün ictimaiyyət Fransa şirkətlərini böyük müqavilələr qazandığını qəbul etmir, çünki Fransa düşmənlərimizi dəstəkləyir", - deyə azərbaycanlı iş adamı “Le Monde“yə bildirib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qəzetə açıqlamasında Fransa şirkətlərinin siyasi səbəblərdən əlverişsiz vəziyyətdə olduğunu inkar edir, lakin bəzi, məsələn Türkiyə kimi ölkələrin üstünlüklərinin qəbul olunduğunu etiraf edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar