Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrovun sərsəm kommunikasiya bəyanatı... - Rusiya açıq şəkildə 9 noyabr bəyanatı ilə bağlı öhdəliklərindən imtina edir?

Lavrov “Zəngəzur dəhlizi” ilə bağlı belə bir şərh verməklə nəyə işarə edib? “Zəngəzur dəhlizi”nin reallaşmayacağınamı? Bütün hallarda Rusiya Xarici İşlər Nazirliyi cənab Lavrovun bu fikirlərinə açıqlıq gətirməyə borcludur...

Politoloq: “Bölgədə qəribə hadisələr baş verir. Bu qəribə hadisələrin mahiyyətində obyektiv gerçəkliyin diqtəsi deyil, dini və millətçilik dəyərlərinə söykənən subyektiv mülahizələr daha çox dayanır”.

“Lavrovun bu bəyanatı Ermənistandakı revanşist qüvvələrə birbaşa dəstək kimi də qiymətləndirilməlidir”.

Bu sözləri politoloq Qabil Hüseynli Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yeravan səfərini PİA.az-a şərh edərkən bildirib.

Xəbər verdiyimiz kimi Yerevana səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz erməni həmkarı ilə görüşüb. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan Rusiya nümayəndəsiylə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu bildirib.

O, Yerevanın Rusiya tərəfindən “hərbi-texniki əməkdaşlıq sahəsində konkret addımlar atılacağını” gözlədiyini və ticarət dövriyyəsinin artırılacağına ümid etdiyini bildirib.

Sergey Lavrov yerli jurnalistlərdən birinin sualına cavab olaraq, Azərbaycan prezidentinin televiziya müsahibəsində “Zəngəzur dəhlizi” barədə bəyanatını da şərh edib.

Qeyd edək ki, prezident İlham Əliyev bir müddət əvvəl bəyan etmişdi ki, Ermənistan istəsə də, istəməsə də “Zəngəzur dəhlizi” açılacaq: “İstəməsə, zorla həll edəcəyik”, deyə İlham Əliyev vurğulamışdı.

Juralistin sualını şərh edən Lavrov deyib ki, ermənistanlı həmkarı ilə post-konflikt dövrə aid bütün məsələlərə toxunublar, o cümlədən üçtərəfli razılaşmaya əsasən işlənib hazırlanmış kommunikasiyaların açılması məsələsinə də. Rusiyalı nazirin sözlərinə görə, razılaşmaya əsasən kommunikasiya blokadalarının aradan qaldırılması mexanizminin qarşılıqlı fayda və sırf könüllü prinsipə əsaslanır: “Bu mexanizm, iqtisadi əlaqələrin tamamilə könüllük əsasında tam açılmasına imkan verən diplomatik razılaşma və qərarlardan başqa, heç nə nəzərdə tutmur”, deyə Lavrov vurğulayıb.

Onun sözlərinə görə, üç ölkə liderlərinin sözügedən razılaşmasına zidd olaraq qaldırılan heç bir məsələ qabaqcadan şərtləşdirilənlərin alternativi kimi qəbul edilə bilməz.

Erməni siyasətçiləri artıq Lavrovun bu açıqlamasını Ermənistanın 9 noyabr bəyanatının 9-cu bəndində nəzərdə tutulan “Zəngəzur dəhlizi”ndən imtina etmək hüququna sahib olması kimi dəyərləndirilər. Hətta revanşistlər daha da uzağa gedərək bildiriblər ki, əgər bundan sonra Ermənistanın indiki, ya da gələcək hakimiyyəti “Zəngəzur dəhlizi”nin reallaşmasından danışacaqlarsa, o zaman onlar Ermənistanın milli maraqlarına xəyanət etmiş olacaqlar.

Göründüyü kimi cənab Lavrov “Zəngəzur dəhlizi”nin “könüllülük prinsirinə” dayandığını vurğulamaqla erməni tərəfə Rusiyanın qarant olaraq çıxış etdiyi 9 noyabr bəyanatının 9-cu bəndindən imtina etmək imkanı verib. Bu fikrin Rusiyanın xarici işlər nazirinin dilindən səsləndirilməsi isə çoxsaylı suallar yaradıb. Ümumiyyətlə Lavrov “Zəngəzur dəhlizi” ilə bağlı belə bir şərh verməklə nəyə işarə edib? “Zəngəzur dəhlizi”nin reallaşmayacağınamı? Bütün hallarda Rusiya Xarici İşlər Nazirliyi cənab Lavrovun bu fikirlərinə açıqlıq gətirməyə borcludur və Azərbaycan da bunu Nota verərək rəsmi Moskvadan tələb etməlidir.

Lavrovun Ermənistan səfəri və kommunikasiyalarla bağlı dediklərini PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Rusiya prezidenti bu ideyanı ortaya atan və ideyanın həyata keçməsini istəyən bəlkə də birinci şəxsdir. İndi isə onun xarici işlər naziri belə bir mövqe sərgiləyirsə, bu tamamilə anlaşılmazlıqdır və bütün etik normaları aşan yanaşmaya aydınlıq gətirilməlidir”.

PİA.az mövzu ilə bağlı politoloq Qabil Hüseynli ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır :

- Qabil müəllim, ermənilər artıq Lavrovun bu şərhini 9 noyabr bəyanatının 9-cu bəndini yerinə yetirməmək haqqı kimi dəyərləndirirlər. Lavrovun bu bəyanatını necə dəyərləndirərdiz? Bu 9 noyabr bəyanatının yerinə yetirilməsində qarant ölkə olan Rusiya tərəfindən bəyanatın əsas maddəsini pozması anlamına gəlirmi?

- Lavrov olan yerdə həmişə problemlər olub. İndi də Lavrov Ermənistana getdi və problemləri qaynatdı. Kommunikasiyaların açılması hamıdan çox Ermənistana və Rusiyaya lazımdır. Kommunikasiyaların açılması Rusiyaya bölgədəki nüfuzunu qorumaq, Ermənistana isə blokadadan çıxmaq üçün lazımdır.

Lavrov bunu bilə-bilə reallıqları Ermənistan ictimaiyyətinə izah etmirsə və bunun əvəzinə revanşistlərə açıq dəstək kimi görünən ifadələr işlədərək kommunikasiyaların açılmasının könüllü olduğunu iddia edirsə, bu tamamilə pozucu fəaliyyətdir. Lavrov bilmir ki, kommunikasiyaların açılması bölgəyə nə qədər lazımdır? Yaxud da bu istiqamətdə bir-iki kəlmə söz demək onun üçün çox çətindir? Sadəcə olaraq Lavrov istəyir ki, vəziyyəti daha da gərginləşdirsin. Lavrovun bu addımını birmənalı Ermənistandakı revanşist qüvvələrə bir növ dəstək kimi də qiymətləndirmək olar.

Rusiya prezidenti bu ideyanı ortaya atan və ideyanın həyata keçməsini istəyən bəlkə də birinci şəxsdir. İndi isə onun xarici işlər naziri belə bir mövqe sərgiləyirsə, bu tamamilə anlaşılmazlıqdır və bütün etik normaları aşan yanaşmaya aydınlıq gətirilməlidir.

- Bəs sizə görə Azərbaycan bunun müqabilində hansı addımlar atmalıdır?

- Ölkə prezidenti İlham Əliyev bir dəfə deyib ki, biz ermənilərə yalvarası deyilik. Onsuz da Qarsdan Naxçıvana dəmir yolu xətti çəkilir. Bu dəmir yolu xəttinin inşası bu gün sabah başa çatacaq. Biz Naxçıvanın təchizatını həmin yolla da həyata keçirə bilərik. Amma Laçın dəhlizi Naxçıvan üçün də, Ermənistan üçün də əlverişli idi. Qeyd edim ki, bu yol ErmənistanRusiya üçün 4-5 qat əlverişli idi. Yəni kommunikasiyaların açılması Ermənistanı blokadadan çıxarır və ölkənin bütün dünyaya qovuşmasına imkan yaradır.

Qabil Hüseynli: “Bir yandan Rusiya, bir yandan Fransa, bir yandan da əlatından ABŞ bölgədə marağı uğrunda çalışır. Bu başdan-ayağa siyasi biabırçılıqdır”.

Bölgədə qəribə hadisələr baş verir. Bu qəribə hadisələrin mahiyyətində obyektiv gerçəkliyin diqtəsi deyil, dini və millətçilik dəyərlərinə söykənən subyektiv mülahizələr daha çox dayanır. Bir yandan Rusiya, bir yandan Fransa, bir yandan da əlatından ABŞ bölgədə marağı uğrunda çalışır. Bu da başdan-ayağa siyasi biabırçılıqdır.

Dünyanı bu cür dini və siyasi əlamətlərə görə bölüb, həmin əlamətlərin təlabatlarına görə hərəkət etmək olarmı? Axı onlar pandemiyadan sonra dünyanın daha gözəl, daha tolerant, daha silvizasiyalı münasiblərdə qurulacağını söyləyirdilər. Bunu ilk növbədə Qərb beyin mərkəzləri söyləyirdi. Bəs indi nə oldu?

Birdən-birə nə dəyişdi ki, siz 11-ci əsrin təfəkkür tərzinə, “Səlib yürüşləri” dövrünün təfəkkürünə qayıtmağa başladınız? Təssüflənməkdən başqa əlacımız yoxdur...

Azərbaycan təbii ki, prosseslərin inkişafına görə öz addımlarını atacaq və qarşı tərəfi öz öhdəliklərini yerinə yetirməyə məcbur edəcək. Görünür ki, məhz bu səbəblərə görə bir müddət əvvəl Azərbaycan prezidenti bildirmişdi ki, Ermənistan xoşluqla “Zəngəzur dəhlizi”ni açmasa, bunu məcburən edəcəklər.

- Əgər Naxçıvana Azərbaycandan dəhliz olmayacaqsa, onda Azərbaycan Laçın dəhlizini bağlamaq hüququna sahibdirmi?

- Azərbaycan çox hüquqlara malikdir. Lazım gəlsə, Azərbaycan zorla “Zəngəzur dəhlizi”ni də açacaq. Əgər zəruri ehtiyac olacaqsa, Azərbaycanın əlində çoxlu sayda təzyiq imkanları var. Bunlardan biri də “Laçın dəhlizi”ni bağlamaqdır. Əgər Ermənistan 9 noyabr bəyanatının 9-cu bəndini icra eləməkdən imtina edəcəklərsə, o zaman 9 noyabr bəyanatının da heç bir əhəmiyyəti qalmayacaq.

Bu gün Azərbaycanın xarici siyasətində çatışmayan yeganə cəhət ondan ibarətdir ki, Ermənistana qarşı ərazi iddiaları irəli sürmür. Prezidentin bu barədə çıxışları, bəyanatı olsa da, diplomatiyamız bu sahədə heç bir addım atmır. Ermənistan dövlətinin Azərbaycan ərazilərində qurulmasının hamısı qeyri-qanuni razılaşmalar əsasında olub. Bu tarixdir və buna görə də Azərbaycan indi Zəngəzura, Dərəlyaza, Göyçə mahalına, Dağ Birçalısına, Amasya, İrəvan torpaqlarına iddiasını qaldırmalıdır. Çünki bütün bu torpaqlar tarixi, əzəli Azərbaycan torpaqları olub.

Azərbaycan diplomatiyası artıq müdafiə taktikasını hücum taktikası ilə əvəz etməlidir.

Qabil Hüseynli: “Azərbaycanın əlində çoxlu sayda təzyiq imkanları var. Bunlardan biri də “Laçın dəhlizi”ni bağlamaqdır. Əgər Ermənistan 9 noyabr bəyanatının 9-cu bəndini icra eləməkdən imtina edəcəklərsə, o zaman 9 noyabr bəyanatının da heç bir əhəmiyyəti qalmayacaq”.

Biz nəyə görə susuruq? Bu torpaqların heç olmaya siyasi iddiasını nəyə görə qaldırmırıq?

Azərbaycan Cənubi Qafqazın ən iri ərazisi olan dövlətdir. Amma Azərbaycanın torpaqlarından hissə-hissə kəsib Ermənistan adlı qondarma dövlət düzəldiblər. Biz təkcə Qarabağ uğrunda yox, Ermənistan uğrunda mübarizə taktikasını elan etməliyik.

Ermənilərin 1905-1907,1917-1920 və 1980-ci illərin axırı və 1990-cı illərin əvvəllərində azərbaycanlılara qarşı törətdikləri soyqırımı, bunun nəticəsində də 2 milyondan çox azərbaycanlının ermənilər tərəfindən öldürülməsi məsələsini siyasi gündəmə daşımalıyıq.

Bu ideoloji mübarizədir. Ermənistan bu ideoloji mübarizəyə qeyri-real faktlarla girişib. Amma biz real faktlarla bu mübarizəni aparmalıyıq”.

Nərminə UMUDLU

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar