Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrovun müavini Bakıda məsləhətləşmələr aparıb - Yenilənib

29 iyun 2022-ci il tarixində, 2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr planına” uyğun olaraq, AzərbaycanRusiya XİN-ləri arasında Avropa və regional təhlükəsizlik məsələlərinə dair növbəti məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat idarəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun rəhbərlik etdiyi nümayəndə heyətləri Avropa təhlükəsizliyi, Avropa regional təşkilatlarının gündəliyində duran məsələlər və regional təhlükəsizlik vəziyyəti ətrafında geniş fikir mübadiləsi aparıblar.

Tərəflər, Azərbaycan, RusiyaErmənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarının tam şəkildə icrasının vacibliyini vurğulayaraq, bu kontekstdə AzərbaycanErmənistan arasında münaqişədən sonrakı normallaşma prosesinin müxtəlif aspektləri ətrafında cari vəziyyəti müzakirə ediblər.

30 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramovun məsləhətləşmələr məqsədilə ölkəmizə səfər edən Rusiya Federasiyasının Xarici işlər nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

***

Saat 22:00

***

2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi (XİN) arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr planına” uyğun olaraq, iki ölkənin XİN-ləri arasında Avropa və regional təhlükəsizlik məsələlərinə dair növbəti məsləhətləşmələr keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun rəhbərlik etdiyi nümayəndə heyətləri Avropa təhlükəsizliyi, Avropa regional təşkilatlarının gündəliyində duran məsələlər və regional təhlükəsizlik vəziyyəti ətrafında geniş fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycan, RusiyaErmənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarının tam şəkildə icrasının vacibliyini vurğulayaraq, bu kontekstdə AzərbaycanErmənistan arasında münaqişədən sonrakı normallaşma prosesinin müxtəlif aspektləri ətrafında cari vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov da məsləhətləşmələr məqsədilə ölkəmizə səfər edən Rusiyanın xarici işlər nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar