Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrovun Bakı səfəri – Hazırkı şərtlər altında bu səfərin əsas mahiyyəti nədir?

Hazırda ölkədə gedən şok effektli islahatlar fonunda Lavrovun iki günlük Bakı səfərinin əsas mahiyyəti nədən ibarətdir?..

Politoloq: “Balans siyasətini saxlamaq üçün Sergey Lavrov Azərbaycana səfər etmək məcburiyyətində qalıb”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfərində Dağlıq Qarabağ münaqişəsi haqqında da fikir mübadiləsi aparılacaq”.

Bu sözləri politoloq Elxan Şahinoğlu bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovun gözlənilən Bakı səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək. Səfərin dekabrın 3-dək davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bir neçə gün öncə keçirdiyi brifinqdə Sergey Lavrovun Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə, eləcə də, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcəyini demişdi.

Hazırda ölkədə gedən şok effektli islahatlar fonunda Lavrovun iki günlük Bakı səfərinin əsas mahiyyəti ilə bağlı nə demək mümkündür? Bildiyimiz kimi Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov bir müddət əvvəl Qarabağ danışıqlarında irəliləyişin olduğunu vurğulamışdı. Bu səfərin Qarabağ probleminin həllinə hər hansı təsiri gözələnilə bilərmi?

Bu suallarla PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu ilə müraciət edib.

Elxan Şahinoğlu: “Lavrovun Bakı səfərindən hansısa nəticə gözləmirəm”.

Lavrov Yerəvana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli “Dağlıq Qarabağ xalqının maraqlarına uyğun olmalıdır”, deməsini xatırladan politoloq hesab edir ki, Lavrov Bakıda bu fikrini korektə edəcək:

“Birinci onu qeyd edim ki, əvvəlcə Sergey Lavrovun Bakı səfərinin nəticələrini gözləmək lazımdır. Çünki səfər bitəndən sonra səfər barədə fikir yürüdə bilərik.

Məlumdur ki, Rusiyanın xarici işlər naziri bir müddət əvvəl Ermənistana səfər etmişdi. Ermənistanla Azərbaycan da müharibə vəziyyətindədir. Buna görə də balans siyasətini saxlamaq üçün Sergey Lavrov Azərbaycana səfər etmək məcburiyyətində qalıb.

Həmçinin gələn il üçün AzərbaycanRusiya Xarici İşlər Nazirlikləri saziş imzalamalıdır. Lavrov eyni sazişi Ermənistanda da imzalamalıdır.

Elxan Şahinoğlu: “Düşünürəm ki, Lavrov Yeravanda etdiyi kobud səhvi Bakıda təkrarlamayacaq”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfərində Dağlıq Qarabağ münaqişəsi haqqında da fikir mübadiləsi aparılacaq. Düşünürəm ki, Lavrov Yeravanda etdiyi kobud səhvi Bakıda təkrarlamayacaq. Yəni Lavrov Yeravanda demişdi ki, “Dağlıq Qarabağ münaqişəsinin həlli Dağlıq Qarabağ xalqının maraqlarına uyğun olmalıdır”. Hesab edirəm ki, Lavrov Bakıda bu fikrini korektə edəcək.

Lavrovun Bakı səfərindən başqa nəysə nəticə gözləmirəm”.

Nərminə UMUDLU
pia.az


Etiket: Lavrov Səfər Bakı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar