Çərşənbə axşamı, 26 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Lavrov: “Qarabağ münaqişəsi Rusiya ilə Türkiyənin ortaq məxrəcə çatmaq üçün yol tapmasına nümunədir”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiya ilə Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə fərqli yanaşmalarının olduğunu, ancaq nəticədə ortaq məxrəcə gəlməyi bacardıqlarını açıqlayıb.

Bu barədə “İnterfax” məlumat yayıb.

O xatırladıb ki, konfliktin başlanğıcında Ankarada bu münaqişənin hərb yolu ilə həllinin ola biləcəyini bildirildiyi vaxt Rusiya tərəfi Türkiyənin fəaliyyətləri ilə razılaşmayıb.

“Ancaq indi Prezident Putin və onun həmkarları – AzərbaycanErmənistan liderlərinin səyləri nəticəsində razılıq əldə olunub”, - deyə S.Lavrov bildirib.

O vurğulayıb ki, həm Rusiya, həm də Türkiyə Dağlıq Qarabağ ətrafındakı vəziyyətdə olduğu kimi ortaq məxrəcə gəlmək üçün təmas nöqtələri və yollar tapırlar.

“Əminəm ki, Rusiya və Türkiyənin münasibəti iki müstəqil ölkənin hədəflərini reallaşdırmaq üçün çalışdıqlarına, heç kimə boyun əymədiklərinə, ultimatum qəbul etmədiklərinə və kənardan təzyiqlərə tabe olmadıqlarına nümunədir. Türkiyənin NATO üzvü olması iki ölkənin münasibətləri üçün əngəl deyil”, - deyə S.Lavrov bildirib.

Lavrov əlavə edib ki, Rusiya və Türkiyənin Liviyadakı vəziyyətə yanaşması da fərqlənir, lakin iki ölkənin münaqişə tərəflərinə təsiri müsbət nəticələrin əldə olunmasına şərait yaradır.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının otağından 50 min manat pul oğurlanıb - Video

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri - Foto

Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür 

Separatçı Araik niyə Ağdərəyə gəlib? - Səbəb

Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı

Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri haqda açıqlama yayıldı

Xırdalanda dağıntılar altında bir uşaq qalıb - Foto,Video, Yenilənib4

“Azəriqaz” rəhbərliyi müzakirəsiz həbs edilməlidir - Hafiz Hacıyev

"Lavrov kimdir ki?!" - Paşinyan arvadının rəfiqəsini səfir edir

Ən çox oxunanalar