Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lavrov Laçın dəhlizi barəsində dedikləri ilə...” - Bugünkü çıxışa reaksiya olmasa...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmişəki kimi iki qapıya oynadı. O mətbuat konfransında Dağıq Qarabağın statusu məsələsində dedi ki, 10 noyabr bəyanatında bu barədə bənd yoxdur və gələcəkdə bu işlə Minsk Qrupunun həmsədrləri məşğul olacaqlar. Yəni ermənilərə demək istədi ki, status mövzusu Moskva üçün aktual deyil. Lavrov Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi ideyasının “ekzotik” olduğunu və Moskvanın gündəliyində belə bir məsələnin olmadığını bildirdi.

PİA.az xəbər verir ki, bu barədə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq bildirib ki, Lavrov Laçın dəhlizi barəsində dedikləri ilə bizə qarşı çıxdı.

"Lavrov növbəti açıqlamasında artıq bizim qapıya qol vurdu. O Laçın dəhlizi üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında gediş-gəlişin bəyanatda vurğulandığını və bunun təbii olduğunu söylədi. Lavrov demək istədi ki, əgər Azərbaycanın materik hissəsinin Naxçıvanla əlaqəsi olacaqsa, Ermənistanın da Dağlıq Qarabağla əlaqəsi olmalıdır və bu yanaşma 10 noyabr bəyanatına uyğundur. Yəni Lavrov demək istədi ki, Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərində anormal heç nə yoxdur və buna görə Azərbaycandan icazə alınmamalıdır. Lavrovun sözlərinə görə, guya buna Azərbaycan tərəfi də etiraz etmir. Halbuki, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 6-da verdiyi açıqlamada Ermənistanın xarici işlər nazirinin Azərbaycan torpaqlarına qanunsuz gəldiyini və Rusiya hərbçilərinin səlahiyyətlərini aşdıqlarını bildirdi".

"Bizim rəsmi səviyyədə Lavrovun Laçın dəhlizinin açıq saxlanılmasıyla bağlı bugünkü çıxışına reaksiyasımız olmasa, vəziyyət elə belə də davam edəcək, yəni Ermənistandan kimin kefi istəsə Dağlıq Qarabağa gələrək təxribatçı açıqlamalar verməkdə davam edəcək. Ermənistanla sərhəd nəzarətə götürülməlidir. Bunun başqa yolu yoxdur. Kim zəmanət verə bilər ki, Ermənistandan Dağlıq Qarabağa gələnlər maşınlarında silah-sursat daşımırlar?", - deyə politoloq sözlərinə əlavə edib. (Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar