Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov: “BQKX-nın Dağlıq Qarabağda necə aktiv çalışdığını bilirik”

Rusiya xarici işlər naziri Sergey Lavrovla Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Mauer arasında görüş başlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşün protokol hissəsi mətbuat üçün açıq olub.

S. Lavrov ölkəsinin BQKX ilə müntəzəm olaraq əməkdaşlıq etdiyini, dünyada münaqişələrin azalmadığını qeyd edib: “Biz indi əməkdaşlıq üçün əlavə meydança almışıq. Bu, Dağlıq Qarabağdır. Bir həftə bundan əvvəl Rusiya, AzərbaycanErmənistan liderləri tərəfindən birgə üçtərəfli bəyanat imzalanıb. Orada Rusiyanın sülhməramlı kontingenti yerləşdirilir. Bilirik ki, BQKX həmin regionda necə aktiv çalışır. Biz artıq inkişaf edən əməkdaşlığımızın möhkəmlənməsində maraqlıyıq. Əlbəttə ki, bizim sıx əməkdaşlıq etdiyimiz bir sıra regionlar var. Ümid edirəm ki, bu gün bunları müzakirə edəcəyik. Əminəm ki, sizin səfəriniz məhsuldar olacaq və Rusiya ilə BQXK-nın sıx əməkdaşlığının inkişafına kömək edəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar