Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Latviyanın eks-prezidenti: “Rusiyanın cavabını qaytaracağıq”

Avropa İttifaqı bütün dünyada Rusiya təbliğatına və yalan məlumatlarına qarşı çıxacaq

Bunu virtualaz.org-un əməkdaşı ilə söhbətində “Rusiya və digər düşmən subyektlər tərəfindən” təbliğata qarşı fəaliyyətə istiqamətlənmiş, Avropa İttifaqı Şurasına və Aİ-nin xarici işlər üzrə nümayəndəsinə tövsiyələrlə Avropa Parlamentinin qəbul etdiyi qətnaməni şərh edərkən Latviyanın keçmiş prezidenti Valdis Zatlers deyib.

Avropa Parlamenti “Rusiyanın dezinformasiya kampaniyaları haqqında məlumatlılığın artırılmasını” tövsiyə edib ki, bu da avrodeputatların fikrincə, “Avropada dezinformasiyanın başlıca mənbəyidir”.

“Hibrid müharibəsinin dörd mərhələsi var və hazırda Ukraynada biz bunun hamısını müşahidə edirik. O ki qaldı Avropa ölkələrinə, burada hələlik yalnız birinci mərhələdir – dezinformasiyadan yalnız təbliğat üçün istifadə olunur ki, Qərbin tərəfdaşları onun düşməninə çevrilsinlər. Avropa ölkəlri buna qarşı çıxacaqlar. Aİ-nin böyük maraqları var və onun üzvü olan ölkələr səylərini birləşdirirlər ki, Avropanı yalan məlumatlardan qorusunlar. Təbliğata qarşı durmaq olar və lazımdır”, - Zatlers əminliyini bildirib.

Aİ-də hesab edirlər ki, dezinformasiyanın istiqamət obyekti dünyanın istənilən ölkəsi, ələlxüsus da MDB dövlətləri ola bilər. Qərblə Rusiya arasında informasiya müharibəsinin parlaq nümunəsi Ukraynadır. Dünyada stabillik yalnız yalan məlumatlarla effektiv mübarizənin aparılacağı təqdirdə mümkündür.

“Dünənki qonşu təbliğatın təsiri altında düşmənə çevrilə bilər. Buna görə də, MDB ölkələrinin özləri maraqlı olmalıdırlar ki, dezinformasiya təbliğatının qurbanına çevrilməsinlər, necə deyərlər, insanların beyinlərini yumasınlar. Təbliğata qarşı səylərin birləşdirilməsi və təcrübə mübadiləsi isə böyük imkanlara malikdir”, - Latviyanın keçmiş dövlət başçısı deyib.

pia.az


Etiket: Valdis Zatlers


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar