Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Laçının azad edilməsi 3 mənada strateji əhəmiyyətlidir...” - Arif Paşa

“Ali Baş Komandana da müraciət etmişəm, yaşımın 60-ı ötməsinə rəğmən hər an müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda apardığı döyüşlərə bütün bilik və bacarığımla dəstək verməyə hazıram”.

PİA.az xəbər verir ki, bu sözləri keçmiş Laçın alayının komandiri, ehtiyatda olan polkovnik Arif Paşa Laçın rayonunun, o cümlədən “Laçın dəhlizi” deyilən ərazinin strateji əhəmiyyətindən danışarkən söyləyib.

“Öncə nəzərə almaq lazımdır ki, Laçın rayonu işğalçı Ermənistanla bilavasitə dövlət sərhədində yerləşir. Ermənistan isə KTMT-nin arxasında gizlənərək Milli Ordumuza öz ərazisindən atəş açır, ordumuz da təmkin göstərərək həmin əraziyə əks-zərbə endirmir. Məqsəd odur ki, biz Rusiyanın münaqişəyə müdaxilə etməsinə bəhanə verməyək. Ermənilər də bu amildən istifadə edərək digər cəbhədən çox-çox uzaq şəhər və kəndlərimizlə yanaşı, Laçın rayonundakı mövqelərimizi də aramsız atəşə tuturlar. Yəni Laçının azad olunmasına çətinlik yaradan faktorlardan biri budur. Bundan əlavə, relyefin, iqlimin də çətinlikləri var. Laçındakı dağ relyefi müdafiə olunmaq üçün daha əlverişli şərait yaradır, nəinki hücum etmək... Bunlar nəzərə alınmalıdır. Lakin həmin çətinliklərə rəğmən Azərbaycan ordusu əməliyyatları, döyüş tapşırıqlarını çox peşəkar və uğurlu şəkildə həyata keçirir...” - deyə 1-ci Qarabağ savaşı zamanı 4 il ərzində Laçın ərazisinin müdafiəsinə rəhbərlik etmiş polkovnik vurğulayıb.

Laçının azad edilməsi və Gorus-Laçın-Şuşa-Xankəndi yolunun ermənilər üçün qapadılması 3 mənada strateji əhəmiyyətlidir. Hərbi, əməliyyat-taktiki baxımdan onu nəzərə almaq lazımdır ki, Şuşa ilə Laçın bir dairəvi müdafiənin ayrı-ayrı komponentləridir. Vaxtilə 1990-cı illərdə biz deyirdik ki, Laçının işğalı - Şuşanın işğalı deməkdir, Şuşanın da işğalı – Laçının işğal olunması deməkdir. İndi isə əksinə, deməliyik ki, Laçının azad edilməsi - Şuşanın, Şuşanın azadlığı da Laçının azad olunması deməkdir... ŞuşaLaçın bir-biri ilə arxa-arxaya durmuş cəngavərlər kimidirlər. İkincisi, Laçının azad edilməsi o deməkdir ki, düşmənin mühasirə həlqəsi qapanır və nəticədə erməni ordusunda mənəvi-psixoloji düşkünlük yaranır. Bu da müharibədə çox ciddi amil olmaqlə bizim tam və qəti Qələbəmiz üçün böyük faktordur. Üçüncüsü, Ermənistan və Qarabağ arasındakı bu dəhlizin qapanması ilə ermənilərin təchizat-təminatı da, demək olar ki, tamam kəsilir və nəticədə düşmən məğlub duruma düşür...

İnşallah, tezliklə ordumuzun Laçını işğaldan azad etməsi haqda Ali Baş Komandanın rəsmi xəbərini eşidəcəyik və sadaladığımız amillər həyata keçirilməklə Böyük Qələbəmizin bir addımlığında olacağıq...” -deyə keçmiş alay komandiri fikirlərini nikbin notlarla tamamlayıb. (yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar