Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçında korrupsiya əməlləri: Vaqif Hüseynov Katos kənd orta məktəbini “özəlləşdirib”

Ağcabədi rayonu, Qış yatağı, Katos obasında yerləşən Katos kənd ümumi orta məktəbində baş verən qanun pozuntuları və korrupsiya halları ilə bağlı redaksiyamıza şikayətlər daxil olub.

Daxil olan məlumatlarda qeyd olunur ki, məktəbin direktoru Hüseynov Vaqif Yaqub oğlu şəxsi maraqları zəminində qohumlarının adlarını iş ştatlarına qeyd etdirməklə onlara saxta yolla əmək haqqı yazdırır. Direktorun qohumları Güləliyeva Gülxarə, Nuriyeva Rübabə və digərləri məktəbdə texniki işçi kimi maaş alırlar. Ağcabədi rayonu Aran kəndində yaşayan Gülnarə Xudaverdiyeva da direktorun yaxın qohumu kimi məktəbdən əmək haqqı alır. Adı olub özü olmayan bu işçilərin sırasını genişləndirmək də olar. Direktorun bacıları məktəbdən saxta yollarla yararlandıqları kimi digər qohumlar da Vaqif Hüseynovun qayğısından kənarda qalmayıb. Bu siyahını növbəti yazıda daha ətraflı qeyd edəcəyik.

Məlumata görə, 9 illik Katos kənd orta məktəbinin direktoru saxta yollarla hərbidən yayınıb. Vaqif Hüseynov “dəlilik” kağızı əldə etməklə hərbi xidmətə yararsız olduğu barədə sənəd əldə edib. Maraqlıdır ki, Vaqif Hüseynovun qardaşı da bir uşağa himayədarlıq və ya qəyyumluq adı altında hərbi xidmətdən yayınıb. Halbuki həmin uşaq gah Vaqif Hüseynovun, gah da qardaşının adında olur. Maraqlıdır ki, Təhsil Nazirliyinin rəhbərliyi bu faktları araşdırmır. Özünü Təhsil Nazirliyində şöbə müdiri olan Eşqi Bağırovun yaxın adamı kimi təqdim edən Vaqif Hüseynov diplomları saxta olan şəxsləri də müəllim kimi işə götürüb. Ən dəhşətli mənzərə isə odur ki, Laçın rayon, Katos kəndində adı gedən şagirdlərin rayonun Şeylanlı kəndinin məktəblərində tədris aldıqları məlum olub. Səbəb isə çox sadədir – məktəblərdə dərs saatının ştatlara uyğunlaşdırılması üçün Vaqif Hüseynov bu qanunsuzluğa imza atıb. Aparılan araşdırmalar göstərir ki, Katos kənd məktəbində şagirdlər müəllimlərini tanımır. Məktəbə verilən avadanlıqlar yerində yoxdur, şagirdlərə verilməli olan dərsliklər və ləvəzimatarın isə satıldığı iddia olunur. Məktəbdə ştatda adı gedən şəxslər iş yerlərini tanımadığı yayılan məlumatlar sırasındadır.

Bütün bu faktlar fonunda məktəbin direktoru Vaqif Hüseynov qısa müddətdə rayonun ən varlı şəxslərindən birinə çevrilib. Bu şəxsin böyük biznesi və minlərlə heyvanın yetişdirildiyi ferması yuxarıda qeyd olunan faktlardan, korrupsiyadan əldə olunmuş gəlirlərdən başa gəlib. Bu məsələ ilə bağlı redaksiyamıza daxil olan faktlar rəsmi məktubla Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və Təhsil Nazirliyinə ünvanlanmışdır. Ümid edirik ki, qısa zamanda aidiyyati qurumlar Vaqif Hüseynovun korrupsiya əməllərini araşdıracaq və qanuna müvafiq tədbirlər həyata keçirəcək.

Məktəb direktoru Vaqif Hüseynovun korrupsiya əməllərini, imtahandan keçməyən şəxslərin necə müəllim kimi işləməsini, məktəbin texniki işçilərinin direktorun yaxın adamlarının gəlir yerlərinə çevrilməsi barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik. Bizi izləyin…

Qarşı tərəf də səslənən ittihamlarla bağlı münasibət bildirə bilər…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar