Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçında 200 erməni saxlanılıb - Rus sülhməramlılarına "xidmət" etmək üçün

Noyabrın 30-da saat 18:00-da Laçın, Zabux və Sus yaşayış məntəqələrindəki sakinlərin öz evlərini tərk etmə müddəti başa çatıb. Bəzi ailələr bildiriblər ki, onlar qaldıqları yerləri tərk etməyə hazırlaşmırlar. Digər ailələr getməmişdən əvvəl evlərini yandırıblar.

Üçtərəfli bəyanata görə, Laçın rayonu dekabrın 1-dək Azərbaycana verilməlidir. Laçının qaulyayteri Müşeq Alaverdyan əvvəlcə insanların təhlükəsizlik baxımından evlərini tərk etdiklərini söyləmişdi. Ancaq bu gün məlumat alınıb ki, Rusiyanın sülhməramlı kontingentinin şəxsi heyətinə xidmət etmək üçün 200 nəfər Laçında qalmalıdır.

Jurnalist Arman Qəribyanın Laçından Ermənistanın lragir.am. nəşrinə verdiyi məlumatda belə deyilir.

"Dünən administrasiyanın başçısı mənə demişdi ki, insanlar qalır, amma bu gün o, artıq yerindədir, kəndlərə gedir ki, insanların onları tərk etdiklərinə əmin olsun. Mən administrasiya aparatının başçısı David Davtyanla görüşdüm, dedi ki, dünən onların naziri burada olub və deyib ki, həmin icmaların üçü ermənilərin nəzarəti altında qalır. Amma bu gün səhər onlara həmin nazirlikdən zəng edib deyiblər ki, saat 18:00-dək əhali icmaları tərk etməlidir. Laçında yalnız 200 nəfər xidmətçi-işçi kimi qala bilər. Bu insanların siyahısını Rusiya sülhməramlıları verib ki, onlar üçün buraxılış yazsınlar", - deyə o bildirib.

Arman Qəribyanın sözlərinə görə, administrasiyada azərbaycanlıların icmalara nə vaxt gələcəyini bilmirlər: "Administrasiyanın əməkdaşları deyirlər ki, azərbaycanlılar rayona daxil olana qədər onlar burada qalacaqlar".

"Zabuxda evə qayıtmaq ümidi ilə onları yandırmırlar. Laçında isə evlər yandırılıb. Administrasiya rəhbəri deyir ki, Laçında çoxuşaqlı ailələr var və onlar getməkdən imtina edirlər, çünki getməyə yerləri yoxdur, gözləyirlər ki, azərbaycanlılar gəlsinlər, görsünlər necə olacaq", - deyə o vurğulayıb.

Berdzorda əsasən Ermənistan sakinləri yaşadıqlarına görə, onlar yenidən Ermənistana qayıdırlar.

"Ruslar artıq gəlib Laçın meriyasından erməni bayrağını çıxarıblar və qaulyayterə veriblər. Deyirlər ki, kimlərsə qala bilər, çünki ruslara xidmət edən briqada lazımdır", - deyə o qeyd edib. (Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar