Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçın sabah boşaldılmalıdır, amma... – Dəhlizi kim və necə müəyyənləşdirəcək?..

Ermənistan dövlət sərhədində Rusiya sülhməramlıları dayana bilməz, Azərbaycanın sərhəd qoşunları, Gömrük Komitəsi burada yerini almalıdır”.

Üçtərəfli razılaşmaya əsasən, sabah, dekabrın 1-nə qədər Laçın rayonu boşaldılıb, Azərbaycana təhvil verilməlidir. Amma razılaşmaya görə, bu rayonda Dağlıq Qarabağla Ermənistanın əlaqəsi üçün 5 km enində dəhliz olmalıdır. Dəhlizin də Laçın rayon mərkəzinə düşəcəyi gözlənilir…

PİA.az xəbər verir ki, mövzu ilə bağlı “Turan” agentliyinə açıqlama verən Milli Məclisin sədr müavini Fəzail İbrahimli də deyib ki, qarşı tərəfin Laçın rayonundan çıxması Azərbaycan, RusiyaErmənistanın üçtərəfli bəyanatında yer alır.

Fəzail İbrahimli hesab edir ki, həm də bu məsələdə “ağsaqqallığı” Rusiya öz üzərinə götürüb: “Burada baş verən hər hansı cüzi anlaşılmazlıq Rusiya tərəfinin ya özünün içindən gələ bilər, ya da ona qarşı hörmətsizlik olar. İndi Rusiya tərəfi bu işə hansı qəribə düşüncələrlə girişsə, özünü nüfuzdan salar, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirər”.

Onun fikrincə, bu məsələdə hər hansı yubanma olsa idi, (Kəlbəcərin boşaldılması 10 gün yubadılmışdı-red) yəqin, indiyə kimi elan edilərdi və Azərbaycan tərəf də bilərdi ki, bu çıxış yubanır: “Artıq günün yarısı gedib, yarım gün qalır. Belə məlumat yoxsa, günün yarısı (noyabrın 30-u-red) gedib. Odur ki, erməni tərəfi Laçından çıxacaq. Laçından çıxmaqları razılaşmada əksini tapıb, digər boşaldılan rayonlar kimi, Laçın da boşaldılmalıdır”.

Sədr müavininin fikrincə, perspektivdə isə Azərbaycan-Ermənistan dövlət sərhədlərinin müəyyən olunması prosesi başlamalıdır.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə mövzu ilə bağlı “Azadlıq” radiosuna açıqlamasında dəhliz amili üzərində xüsusi dayanıb. Ekspert deyib ki, bu, ErmənistanDağlıq Qarabağ arasında dəhlizdir, ona da razılaşmaya əsasən, Rusiya sülhməramlıları nəzarət etməlidir.

Ekspert qeyd edib ki, bu dəhliz Laçın rayon mərkəzinin, Zabux və Su kəndlərinin içindən keçir. Ekspertin fikrincə, buna görə də Azərbaycan qoşunları Laçın şəhərinə də getməlidir.

İ.İsmayıl hesab edir ki, digər ən vacib məsələ sərhədlərin müəyyən olunmasıdır. Onun vurğulamasına görə, Laçın dəhlizinin başlandığı yer Azərbaycan-Ermənistan dövlət sərhədinin başlanğıc nöqtəsidir: “Odur ki, burada ancaq Rusiya sülhməramlıları dayana bilməz. Azərbaycanın sərhəd qoşunları, Gömrük Komitəsi burada yerini almalıdır. Laçın əraziləri Azərbaycana tam təhvil verilir, amma köçürülmə müvəqqəti, ermənilər üçün yeni yol çəkilənə qədər dayanır, yeni yolun çəkilməsi də üç il çəkəcək”.

Laçın rayonu işğal edilənə qədər orada eyniadlı alayın komandiri olmuş Arif Paşa isə hesab edir ki, bu işdə də yubanma ola bilər.

A.Paşa deyib ki, Azərbaycan qalib tərəfdir. O hesab edir ki, dəhlizin yerini də Azərbaycan müəyyən etməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar