Çərşənbə axşamı, 26 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Laçın rayonunun biomüxtəlifliyinə dəymiş ziyan qiymətləndiriləcək

İşğaldan azad olunmuş Laçın rayonu ərazisində aidiyyəti qurumlarla birgə, beynəxalq ekspertlərin iştirakı ilə monitorinqlər aparılacaq, bölgənin ətraf mühitinə, meşələrinə, həmçinin bitki və heyvanat aləminə dəymiş ziyan hərtərəfli qiymətləndiriləcək.

PİA.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.

O bildirib ki, Laçın rayonu zəngin biomüxtəlifliyə malikdir: "Füsunkar Qarabağın xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı bu rayonun ərazisində yerləşir. 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu vulkanik və relikt mənşəli Qaragöl gölünü və onun ətraf ərazilərini əhatə edir. Bu göl nadir qızılxallı forel balıqları ilə məşhurdur. 1961-ci ildə yaradılan Laçın Dövlət Təbiət Yasaqlığının ərazisi işğala qədər vələs, cökə, ağcaqayın meşələrindən ibarət olub və bu yerlərdə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən dağ keçisi (Bezoar keçisi), Avropa cüyürü, Nəcib maral, Xəzər uları, Ütəlgi qızılquş, Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs məskunlaşmışdı”. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının otağından 50 min manat pul oğurlanıb - Video

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri - Foto

Separatçı Araik niyə Ağdərəyə gəlib? - Səbəb

Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür 

Xırdalanda dağıntılar altında bir uşaq qalıb - Foto,Video, Yenilənib4

Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı

Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri haqda açıqlama yayıldı

“Azəriqaz” rəhbərliyi müzakirəsiz həbs edilməlidir - Hafiz Hacıyev

Putin: “Prezidentlikdən sonra şərabçılıq sahəsində çalışa bilərəm”

Ən çox oxunanalar