Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçının azad edilməsi Azərbaycan Ordusunun tarixi qələbəsinin yekunudur

Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu gün qədim Azərbaycan torpağı, ərazi baxımından Azərbaycanın ən böyük rayonlarından biri olan füsunkar təbiətə, zəngin mədəni irsə, tükənməz təbii ehtiyatlara malik Laçının işğaldan azad olunması münasibətilə bütün Azərbaycan xalqını, xüsusən də laçınlıları təbrik edib.
Laçın rayonunun azad edilməsi Azərbaycan Prezidenti, qalib sərkərdə İlham Əliyevin uzaqgörən, düşünülmüş, düzgün taktika və strategiyasının parlaq nəticəsinin təzahürü kimi qiymətləndirilməlidir. Bu zəfər həm də şanlı Azərbaycan Ordusunun igid, qorxmaz, qəhrəman əsgər və zabitlərinin müqəddəs və doğma torpaqlarımız uğrunda yüksək hərbi peşəkarlıq və tükənməz Vətən sevgisi ilə son damla qanlarına kimi qəhrəmancasına vuruşmalarının əyani təzahürüdür.

1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsindən az sonra – həmin il mayın 18-də Laçının qaniçən düşmən tərəfindən işğalını xeyli asanlaşdırdı. Nəticədə, günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovuldu, Laçının tarixi abidələrinə, təbiətinə böyük ziyan vuruldu. Laçının işğalı hiyləgər və mənfur düşmənin öz çirkin məqsədlərinin tezliklə həyata keçirilməsinə geniş imkan yaratdı.

Laçının ardınca Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, QubadlıZəngilan xain Ermənistan tərəfindən işğal edildi. Laçının işğalından istifadə edən Azərbaycan Xalq Cəbhəsi həmin dövrdə hərc-mərclikdən və özbaşınalıqdan istifadə edərək hakimiyyəti qəsb etdi. Başı hakimiyyət uğrunda mübarizəyə qarışan təcrübəsiz hökumət nümayəndələri qeyd olunan rayonların işğal altına düşməsinin qarşısının alınması və əhalinin təhlükəsizliyinin qorunması üçün qabaqlayıcı tədbirlər görə bilmədilər. Torpaqlarımız işğala məruz qaldı, mülki əhali öz doğma torpaqlarından didərgin salındı.

Qədim yaşayış məskənlərindən olan Laçın zəngin və ecazkar təbiəti ilə doğma Vətənimizin şanlı tarixini qəlbində yaşadan, heç vaxt unudulmaz və həmişə yaddaşımızda əbədi qalan əziz yurdumuzdur. Eyni zamanda, füsunkar uca dağları, şiş qayaları, saysız-hesabsız müalicəvi bulaqları, tayı-bərabəri olmayan yaşıl çəmənləri və meşələri ilə qəlbləri heyran edən və riqqətə gətirən elimizin-obamızın iftixar yeridir.

Zəngin mineral ehtiyatları ilə məşhur olan Laçın yaramaz, utanmaz və heç bir abır-həya bilməyən, faşist ideologiyasına can-başla xidmət etməkdən çəkinməyən, həyasız sabiq Ermənistan liderləri Koçaryan, Sarkisyan və digərləri başda olmaqla, millətçi və xəbis ermənilər tərəfindən talanıb və məhv edilib. Bu yırtıcı və amansız cəlladlar, oğrular laçınlıların evlərinə soxularaq 28 ildən artıq bir müddətdə orada yaşayıblar.

Ermənilər Kəlbəcərdə olduğu kimi, Laçını da tərk edərkən dünya ölkələrinin və onların insanlarının gözləri qarşısında meşələri qırıb taladılar, vəhşicəsinə yandırdılar, ekoloji faciə və fəlakət yaratdılar. Onlar hətta evləri, məktəbləri, tarixi abidələri yandırmaqdan belə çəkinmədilər, bütün maddi-mədəni irsimizi yerlə yeksan etdilər. Heç bir insanlığa sığmayan bu vəhşi hərəkətləri azmış kimi, apara bilmədikləri ev heyvanlarını qəddarcasına öldürdülər, kommunikasiya xətlərini isə tam yararsız hala saldılar. Onlar təsəvvür edilməsi və dilə gətirilməsi insanlarda vahiməyə səbəb olan bu ləyaqətsiz və yaramaz hərəkətləri ilə əsl simalarını tam çılpaqlığı ilə açıq-aydın göstərdilər. Haqq-ədaləti qorumağı və müdafiə etməyi üstün tutan ölkələrin bəziləri onların kimliyini gec də olsa, anladılar və başa düşdülər.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nüfuzlu beynəlxalq təşkilatların yüksək kürsülərindən Ermənistan dövləti və onu idarəedən kriminal liderləri barədə söylədikləri və dünyanın aparıcı kütləvi-informasiya vasitələrinə verdiyi müsahibələrdə erməniləri iç üzünü, əsil simasını açıb dünyaya göstərdi. Dünya xalqları dərk etdilər ki, ermənilər yalnız yalan iddialarla bəşəriyyətə daim fəlakət və bəla gətirən faşist ideologiyasını utanmadan və çəkinmədən yerinə yetirən yeganə ölkə kimi, son dərəcə təhlükəli və qorxulu bir düşməndir. Ermənistanın əsas məqsədi onu dəstəkləyən ölkələrin hesabına yaşamaq və başqalarının qanuni ərazi və torpaqlarına sahib çıxmaqdır.

Yaşasın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan! Yaşasın qalib Azərbaycan Ordusu!

Rəşad İmanov - politoloq

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar