Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Laçın dəhlizi”: Ermənilərin nəfəs aldığı keçid...

““Laçın dəhlizi” düşmənin nəfəs aldığı iki nöqtədən biridir. Bu baxımdan, “Laçın dəhlizi”nin nəzarətə götürülməsi Azərbaycan fövəqladə əhəmiyyət daşıyır”.

Bu sözləri Yenisabah.az-a təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Qarabağda gedən döyüşləri dəyərləndirərkən bildirib.

Ekspert əlavə edib ki, Ermənistan əsasən “Laçın dəhlizi” vasitəsilə Dağlıq Qarabağdakı separatçıları təchiz edir. “İki yol var: Kəlbəcərdən və Laçından. İlin bütün fəsillərində daha rahat yol “Laçın dəhlizi”dir. Əgər “dəhliz” nəzarətə götürülsə, o zaman Ermənistanla Dağlıq Qarabağdakı separatçıların kommunikasıyası kəsiləcək. Yəni Ermənistan onları təchiz etməkdən məhrum edəcək. Bu isə separatçıların birmənalı məğlubiyyəti deməkdir”, - deyə İlham İsmayıl vurğulayıb.

Ekspert qeyd edib ki, Azərbaycan Ordusunun da “dəhliz”i nəzarətə götürmək üçün hərəkətə keçdiyi müşahidə olunur. “Hələ Cəbrayıl, FüzuliQubadlının işğaldan azad olunmayan kəndləri var. Amma ordumuz artıq “Laçın dəhlizi”nə yaxın əraziləri nəzarətə götürüb. Bu da “dəhliz”in nə dərəcədə əhəmiyyətli olduğunu göstərir”, - deyə həmsöhbətimiz vurğulayıb.

İlham İsmayıl “Vaşinqton görüşü”ndən sonra əldə olunan humanitar atəşkəslə bağlı da fikirlərini açıqlayıb. “İki dəfə atəşkəs əldə olunub, hər ikisini də Ermənistan tərəfi pozub. Bu artıq üçüncü humanitar atəşkəsdir. Gələn məlumatlar göstərir ki, Ermənistan tərəfi yenə də razılaşmaya əməl etmir. Bu da İrəvanın münaqişəni sülh yolu ilə həllində maraqlı olmadığını göstərir. Digər tərəfdən, Azərbaycanın döyüşləri dayandırmaq üçün şərti var. Bu şərti ölkə başçısı dəfələrlə səsləndirib. Söhbət Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasından gedir. Bu baş verəcəyi təqdirdə əlbəttə ki, döyüşlər dayanacaq. Sonra isə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mədəni muxtariyyətdən söhbət gedə bilər”, - deyə İlham İsmayıl bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar