Şənbə, 08 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Laba”dan Ramiz Mehdiyevlə bağlı sensasion açıqlamalar: “O rüsvayçı görüntülərindən sonra...”

Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt dövlət içərisindəki gücü, məmur korpusu üzərində hədsiz geniş təsir imkanlarına sahib olması, xaricdəki əlaqələri və aparılan islahatlara mane olmaq istəyi haqda söylənilənlərdə həqiqət payı çoxdur”. 

PİA.az xəbər verir ki, bu sözləri Strateq.az-a müsahibəsində Sədərək Gömrük Keçid-Məntəqəsinin keçmiş rəisi, əhali arasında “Laba” ləqəbiylə tanınan Mübariz Pənahov deyib.

O daha sonra əlavə edib ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılandan sonra evdə oturmalı idi.

Prezident onu vəzifədən çıxaranda, ölkənin ən ali dövlət təltifi ilə – “Heydər Əliyev” ordeni ilə də mükafatlandırmış, hörmət-izzətlə yola salmışdı. Ancaq o, 82 yaşında evində oturmaq, nəvələriylə oynamaq əvəzinə, gedib təzədən Elmlər Akademiyasının prezidenti postunda əyləşdi… Elə bunun özü çox şey deyir”, - deyə Mübariz Pənahov vurğulayıb.

Bununla belə, o düşünür ki, Ramiz Mehdiyev PA rəhbəri postunu itirdikdən sonra dövlət aparatı üzərində əvvəlki təsir imkanlarını itirib: “Administrasiyadan uzaqlaşdırılandan sonra onun dövlət aparatı üzərində əvvəlki qüdrətini xeyli itirdiyi qənaətindəyəm. Adamları ona ideya, mənəvi yaxınlıq, yaxud hansısa siyasi perspektiv bağlamayıb ki, indi onlar Ramiz Mehdiyevin dediyi ilə hərəkət etsinlər. Məgər, Ramiz Mehdiyev Heydər Əliyev olub ki, hamı onun nüfuzu qarşısında baş əysin, bir sözünü iki eləməsin? Necə işləyib, hamımız bilirik. Bu cür işləyən adamı isə hakimiyyətin içində heç vaxt sevməz və heç vaxt da beləsinin ətrafında birləşməzlər”.

Mübariz Pənahov Ramiz Mehdiyevlə Əli İnsanovun “köhnə qvardiya”ya aid edilməsinə də etirazını bildirib: “Köhnə qvardiya” bizik – sadiq Heydər Əliyevçilər. Biz də bu gün Heydər Əliyevin həm siyasi varisi, həm də bir lider, rəhbər kimi bizə əmanət edib getdiyi oğlu İlham Əliyevin və onun ailəsinin yanındayıq, bu ailənin ətrafında da sıx birləşmişik. Bizi bu ailəyə hansısa vəzifə bağaları yox, qırılmaz mənəvi tellər bağlayır. Bu ailənin düşmənləri bizim düşmənlərimiz, dostları da bizim dostlarımızdır.

Heç kim unutmasın ki, yenicə müstəqillik qazanmış Azərbaycan dövlətinin parça-parça olmaması və 1993-cü ildən bugünədək sabit təməllər, sağlam bünövrələr üzərində inkişafı məhz Əliyevlər ailəsinin – ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin adıyla bağlıdır. 1992-93-cü illərdə, 1994 və 1995-ci illərdə silahlanıb Heydər Əliyevin üzərinə gələnlər o vaxt qarşısında bizi gördükləri kimi, bu gün də Prezident İlham Əliyevin və ailəsinin üzərinə gəlmək istəyənlər qarşılarında öncə bizi görəcəklər, əmin olsunlar!

Siz jurnalistlərdən də xahişim odur ki, onlara etibar edilən dövlət vəzifəsinə xəyanət etdiklərinə görə elə Əliyevlərin özləri tərəfindən vəzifəsindən uzaqlaşdırılanları “Heydər Əliyevçi” adlandırmayasınız. Heydər Əliyevə və onun əmanətlərinə xəyanət edənlər, o cümlədən də Əli İnsanov heç vaxt həqiqi Əliyevçi olmayıblar, onların saxta Əliyevçiliyi vəzifələrindən uzaqlaşdırılanadək idi və bunu da hamımız gördük.

Səmimi Əliyevçi Heydər Əliyevin oğluna – əmanətinə xəyanət etməzdi! Ancaq ümumilli lider dünyasını dəyişəndən az sonra çoxları, o cümlədən də başda Əli İnsanov olmaqla bəziləri mərhum Heydər Əliyevin yoxluğunu fürsət bilib, boylarından böyük iddialara düşdülər – İlham Əliyevi hakimiyyətdən uzaqlaşdırmağa qalxdılar və buna görə də cəzalandırıldılar. Unutdular ki, onların çoxunu adam, mövqe-vəzifə sahibi edib ortaya çıxaran elə Heydər Əliyev olub… İndi özündən qəhrəman, xilaskar düzəltsə də, hamımız bilirik ki, Əli İnsanov niyə həbs olunmuşdu və bu gün azadlıqdadırsa, buna görə yenə də İlham Əliyevin humanizminə borclu olmalıdır. Başqası olsaydı, onu bağışlamazdı. Yox, bunu anlamayıb yenə də artıq iddiaya düşəcəksə, İlham Əliyevin yolunun üstündə maneə olmağa çalışacaqsa, biz Əliyevçilər onu süpürüb o yolun üstündən birdəfəlik kənara atacağıq”.

Keşmiş gömrük rəisi Ramiz Mehdiyev-Əli İnsanov tandeminin Birinci vitse-prezidetnt Mehriban Əliyevaya qarşı olmaları barədə mülahizələrə də toxunub:

“Mehriban xanıma qarşı çıxmaq elə Prezident İlham Əliyevə qarşı çıxmaq deməkdir. Nə oldu, Mehriban xanım Əli İnsanov üçün bu gün ayaqlarına gedib masalarının arxasında oturduğu adamlardan daha təhlükəlimi oldu?! Dünənə qədər Əli İnsanov deyildimi həmin adamları dövlətin, Heydər Əliyevin düşmənidir deyə, söyüb təhqir edən, öldürməklə hədələyən?! İndi nə olub ki, dünən söydüyü ağızdan gedib öpməyə başlayıb?! Cəmiyyət bu riyakarlığı görmürmü?!

Bilirsiniz, nə qədər ki, Azərbaycan siyasətində belə prinsipsiz, öz maraqları naminə istənilən an mövqeyini, əqidəsini dəyişən, bu gün dost dediyinə arxa çevirib onun düşməniylə gedib rahatca ittifaq bağlayan adamlar öndə olacaq, meydan sulayacaq, müxalifətdə gətirib başa çıxarılacaq, cəmiyyət də heç vaxt onlara dəstək verməyəcək.

Əksinə, bu gün biz onu görürük ki, Prezident İlham Əliyevin Mehriban xanımla birgə başladığı islahat siyasətinə cəmiyyət necə böyük ümid bəsləyir və dəstək verir. Bu siyasət uğur qazandıqca, hakimiyyət mənfi imicli, xalqda nifrət yaratmış məmurlardan təmizləndikcə, Prezidentə və Mehriban xanıma sevgi daha da artacaq, xalq onların ətrafında daha da sıx birləşəcək.

Əslində, elə bu gün 74 yaşlı Əli İnsanovu, 82 yaşlı Ramiz Mehdiyevi, eləcə də digər vəzifəsindən uzaqlaşdırılanları narahat edən də məhz bu amildir – onlar artıq “zamanlarının dolduğunu”, yeni dövrdə onlara yer olmadığını və hakimiyyətdə olduqları illərdəki fəaliyyətlərinə görə də ancaq və ancaq mənfi xarakterisitika ilə yaddaşlarda xatırlanacaqlarını çox yaxşı anlayırlar. Ona görə də, dediyim kimi, hər ikisi bu yaşlarında sakitcə kənara çəkilmək əvəzinə, iddialarından əl götürmək istəmirlər.

Bir də bu, köhnədən qalma bir ənənədir – vəzifədən çıxarılan adam heç vaxt istəmir ki, yerinə gələn uğur qazansın. Əksinə, çalışır ki, gələn adam hörmətdən düşsün və camaaat da desin ki, bax, əvvəlki daha yaxşı idi…”

Mübariz Pənahov xalqın bu qüvvələrə dəstək verməyəcəyini qeyd edib:

“Baxın, Ramiz Mehdiyev Administrasiya rəhbəri postundan uzaqlaşdırılandan sonra bir neçə icra hakimiyyətində keçirilən əməliyyatlar tam sübuta yetirdi ki, onun birbaşa tabeçiliyindəkilər xalqla necə “işləyib”. İcra başçılarının o rüsvayçı görüntülərindən sonra mənim əlavə yeni nəsə deməyimə ehtiyac qalırmı?!

Yaxud götürün Ramil Usubovdan sonra polisdə olan dəyişklikləri… İndi bəziləri məqsədli şəkildə düşüblər polisin üstünə, ancaq görün, Vilayət Eyvazov nazir təyin ediləndən bəri, polisdə nə qədər müsbətə doğru dəyişikliklər olub? Polis sərt, ancaq intizamlı olmalıdır, bir balaca boşluq, zəiflik olsa, inanın, hərə bir tərəfdən bu dövləti söküb-dağıtmağa çalışacaq. Mən Eyvazovu bir idmançı kimi çox yaxından tanıyıram, bilirəm ki, əvvəlki nazirlərdən fərqli olaraq, o, çox qətiyyətli, ölümünə gedən adamdır. Güc strukturlarına da məhz belə adamlar rəhbərlik etməlidir. Yoxsa elə nazirləri, prokurorlar vardı ki, dövlətə qarşı bir balaca təhlükə yarananda, qaçıb stolun altında gizlənirdilər…

Yaxud elə uzun illər vəzifədə olan o iki adaşları – Əli Həsənovları götürün: neçə il biri mətbuata, o biri qaçqınlarla işə cavabdeh idi. O gün oxuyuram ki, bir Əli Həsənovun adı prezidentin jurnalistlərə tikdirdiyi mənzillərin satılmasında hallanır, o biri Əli Həsənovun da adı qaçqınlara paylanmalı olan mənzillərin satılmasında…

İndi, sizcə, belə adamlara xalq dəstək verərmi?!” 

O, Ramiz Mehdiyevin regional dəstək qazana bilib-bilməyəcəyinə belə cavab verib:

“Mən düşünürəm ki, hansı naxçıvanlı məmur İlham Əliyevə qarşı baş qaldırarsa, onu elə birinci naxçıvanlılar özləri daş-qalaq edəcəklər. Kimdir Ramiz Mehdiyevə dəstək verən?

Yeri gəlmişkən, baxmayraq ki, eyni rayondanıq, ancaq mənim uzun illər işsiz qalmağımın əsas baiskarlarından biri elə Ramiz Mehdiyev olub…

Məni Sədərək Gömrüyünə Heydər Əliyev qoymuşdu, onun qorxusundan da heç kim toxuna bilmirdi mənə. Ancaq o rəhmətə gedəndən sonra, 40-ı çıxmamış, məni vəzifədən uzaqlaşdırdılar… Başqa vəzifəyə təyin olunmamın qarşısını alan 3 nəfərdən biri və ən əsası da Ramiz Mehdiyev oldu…”

pia.az


Etiket: Ramiz Mehdiyev

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Cahangir Əsgərovun AZAL-ın gəlirlərindən formalaşan "biznes imperiyası" - Siyahı

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin torpaq sahələrini əlindən aldı

“Həyat yoldaşını 1-2 milyona “yığdıran” məmur...” - Afaq Bəşirqızı

“Ehtiyatlı ol, Zakir Fərəcov, Adil Vəliyev səni öldürərlər” - Aslan İsmayılov

Toylara icazə verilməsi bu şərtlərlə mümkündür - Şərtlər

SOCAR-da təcili iclas – Rəhbər şurası toplandı

Bakıda yeni doğulan əkizlərdən biri xəstəxanada həkim tərəfindən satılıb - "Sabunçu" xəstəxanası ilə bağlı şok iddia

Lukaşenko Putin haqda elə şeylər danışdı ki… - Sensasion video

“Aeroportun idarə edilməsi AZAL-dan ayrılmalıdır” - Ekspert

Türkiyə sərt karantin rejiminə qayıdır - Vəziyyət gərgindir

Fuad Əliyevdən iki nazirə çətin sual: "26 min vakant iş yerlərin siyahısını təqdim edin"

loading...

Ən çox oxunanalar