Çərşənbə, 05 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Kürün qurumasının, suyun şorlaşmasının, hətta pandemiyanın da günahkarı mənəm"

Ay qardaş, sən deyəsən çaşmısan, sən Allaha zəng vurmaq yerinə bir Millət Vəkilinə zəng vurmusan...

Görülən işlərdən...

Hər gün Neftçaladan mənə onlarla zəng gəlir. Rayonda camaatın çoxu mənim telefon nömrəmi bilir. Milli Məclisdə ən çox məktub alan millət vəkillərindən biri mənəm və o məktubların da əksəriyyəti Neftçaladan gəlir. Üstəlik rayondakı köməkçim hər gün camaatın arasındadır. Arada özüm gedirəm, imkan olmayanda Bakıdan, Vətəndaş Həmrəyliyi Partiyasındakı köməkçilərim gedirlər... Bəziləri, “bunlar müxalifətdir” deyib onları burunlamağa çalışsalar da, hər halda bizim üçün söz yox, iş əsasdır. Camaata kömək eləməyə çalışırıq. Bizə bu gözlə baxanların bir az “dövlətçi” təfəkkürü olsa, belə cahillik eləməzlər...

Demək istəyirəm ki, seçkilərdən bəri epidemiya və karantinə baxmayaraq, rayonla əlaqəm bircə gün də kəsilməyib. Bunun bir səbəbi mənim iş üsulumdursa, başqa bir səbəbi Neftçalanln üzləşdiyi ağır durumdur, Kürün suyunun azalması və şorlaşması, rayonda nəinki səksən min nəfər insanın, həm də heyvanların, əkin-biçinin susuz qalmasıdır. Mən bu vəziyyət barədə lap başlanğıcdan Milli Məclisdə danışmışam, mətbuatda dəfələrlə yazmışam, əlaqədar təşkilatlar, nazirliklər üçün həyəcan təbili çalmışam. Respublika rəhbərliyi vaxt itirmədən bu məsələni nəzarətə götürüb, Baş Nazirin müavinin sədrliyi ilə özəl komissiya yaradılıb, Neftçalaya su kəməri çəkilişi sürətləndirilib, başqa məsələlərin həlli ilə bağlı müəyyən tədbirlər görülür.

Bu işlər yetərlidirmi, görülən işlərin surəti bizi qane edirmi? Təbii ki yox! Bununla belə, nəzərə alırıq ki, bu problemin köklü həlli vaxt istəyir. Ancaq hər halda indiki vəziyyətdə başımızın üstünü qəfildən almış pandemiya şəraitində həm rayon rəhbərliyi, həm əlaqədar təşkilatlar, həm də bir millət vəkili olaraq mən əlimizdən gələni edirik ki, camaatın içməli suya olan ehtiyacı, minimum şəkildə olsa da, ödənilsin...

Burdan keçirəm ayrı bir məsələyə...

Öz ağzı ilə danışmayan adamlar

Dünən mənə Neftçalanın Xolqaraqaşlı kəndindən bir zəng gəldi. Zəng vuranın adını çəkmək istəmirəm. Mən adamlara inanmağa öyrəşmişəm, buna görə də hardan gəlir-gəlsin, telefon zənglərində alt niyyət axtarmıram. Bunun əsas səbəbi illər uzunu xalqın sevgi mühitində yaşamağım və bütün səviyyələrdə səmimi, xoş münasibət görməyimdir. Bu da mənim “qazancım”, tale qismətim, bəlkə də xoşbəxtliyimdir. Ancaq Xolqaraqaşlıdan gələn zəngin havası mənə yad gəldi. Gördüm, adam öz ağzı ilə danışmır; öz ağzı ilə danışsa da, ya ağzı əyridir, ya da niyyəti....

Neftçalanın Xol səmtində son günlərə qədər vəziyyət nisbətən yaxşı idi; Kürdən ayrılan Akkuşa qolunun suyu şirindir. Surra kəndindən çəkilən Neftçala Magistral kanalı ehtiyacı qismən təmin edilmişdi. Beton kanal Qazaxdərə ərazisində Salyandan gələn Akkuşaya birləşir. Kürdə dəniz suyu Surraya çatandan sonra kanal da şorlaşıb və onun Akkuşanı da şorlaşdırmasının qarşısını almaq məqsədilə şlüzlər bağlanıb. Bu, o deməkdir ki, Xol kəndləri indi qalıb yalnız Surradan gələn şor suyun ümidinə. Pambıq suvarılmasının qızğın vaxtında bunun əhaliyə, sahibkarlara nə qədər ağır ziyan vurduğunu anlamaq çətin deyil.

Zəng vuran bu məsələlər barədə bir xeyli danışdı; söhbəti uzatdıqca-uzatdı. Məndən tələb etdi ki, gedib pambiq tarlalarını gəzim, pambığın batması haqqında rəhbərliyə məlumat verim, pambıqçılara dəyən ziyanı ödətdirim... Başa salmağa çalışdım ki, mən o kənddə olmuşam, pambığın vəziyyətini də bilirəm, hələ tam ümidsiz deyil. İkinci də, bu mənim işim deyil, bundan ötrü Kənd Təsərrüfatı Nazirliyi var, Nazirlər Kabineti var. Sonra başladı ki, təcili Kürün şorlaşmasının qarşısını alın. Dedim ki, bu işlə də başqa nazirlik məşğuldur. Budan sonra mövzunu dəyişdi, dedi ki, onda Kürün suyunu artırın! Yəni tələblər getdikcə böyüdü. Axırda dedim, ay qardaş, sən deyəsən çaşmısan, sən Allaha zəng vurmaq yerinə bir Millət Vəkilinə zəng vurmusan. Sənin dediyin məsələlər Allahlıqdır, mənlik deyil.

Bundan sonra itihamlar başlandı: “Kürün qurumağının da, suyun şorlaşmasının da günahkarı sizsiniz. Başqası seçilsəydi, bunların heç biri olmayacaqdı”. Dedim: bəlkə bu pandemiyanın da günahkarı mənəm. Dedi: bəlkə elə onun da təqsiri sizdədir. Gördüm, kişi xüsusi proqramla zəng vurub mənə, məqsəd ayrıdır. Dedim: axı Nextçala camaatı məndən razılıq edirlər. Dedi: “Qətiyyən, bizim rayonda bircə adam da sizdən razı deyil. Hamı köhnə deputatımız Arif Rəhimzadənin atasına rəhmət oxuyur”. Dedim: lap yaxşı; Arıf bəylə bizim aramızda həmişə xoş münasibət olub, lakin mən rayona gələndən sonra onun arasınca danışmaq istəyən onlarla adamın ağzından vurub, sözünü kəsmişəm. Mənim yanımda onun haqqında danışa bilməzsiniz! - demişəm. Bizim adamları gedənin dalınca danışmaq vərdişindən xilas etmək lazımdır...

Nə isə. Xolqaraqaşlı zənginin bütün təfərrüatını təkrar etmək mümkün deyildir... O adamın əyri niyyətini bir tərəfə buraxıram. Amma Neftçala camaatının, eyni zamanda pambıqçıların vəziyyətinin ağırlığını diqqətdən kənarda saxlamaq olmaz. Əkin sahələrinin xilas etmək üçün təcili tədbirlər görülməlidir...

Millət vəkili Sabir Rüstəmxanlı

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Digər yazıları

“Kürün qurumasının, suyun şorlaşmasının, hətta pandemiyanın da günahkarı mənəm"

loading...

Ən çox oxunanalar