Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürdəmirdə zəncirvari qəza oldu, xəsarət alanlar var - Foto

Kürdəmirdə zəncirvari yol qəzası olub...

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 204-cü kilometrliyində, yolun Kürdəmirin Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Dadaşov Gülməmməd Selan oğlu idarə etdiyi “Ford” markalı mikroavtobusla iribuynuzlu heyvanı vurub. Bundan sonra “Mercedes” markalı avtomobilin sürücüsü, 1982-ci il təvəllüdlü Bərdə sakini Abdullayev Samir Vaqif oğlu ölmüş heyvanın yolun ortasındakı cəsədini görərək nəqliyyat vasitəsinin sürətini azaldıb. Bu zaman arxadan gələn, Bərdə sakini Azər adlı sürücünün idarə etdiyi “Volkswagen” markalı avtomobil “Mercedes”ə çırpılıb. Nəticədə “Mercedes” yoldan çıxaraq su kanalına düşüb.

Hadisə zamanı “Mercedes”də olan sərnişinlər - Bakı sakinləri, 1983-cü il təvəllüdlü Məhərrəmov Zakir Baxşəli oğlu, 1956-cı il təvəllüdlü Rəhimov Qalib Kərim oğlu, Bərdə sakini, 1988-ci il təvəllüdlü Novruzova Vüsalə Mehman qızı və “Ford”un sürücüsü, Kürdəmir rayon sakini Dadaşov Gülməmməd Selan oğlu müxtəlif növ bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Fakt araşdırılır.

pia.az

Fotolar




Etiket: Kürdəmir qəza

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar