Şənbə, 24 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Kürdəmirdə yol qəzası: yaralananlar var

Kürdəmir rayonunda yol qəzası baş verib

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə Bakı sakinləri olan 3 nəfər - 1974-cü il təvəllüdlü Abdullayeva Könül Məhərrəm qızı, 1955-ci il təvəllüdlü Məmmədova Güldəstə Aslan qızı və 2010-cu il təvəllüdlü Oruclu Zöhrab Novruz oğlu yüngül xəsarət alıb.

Onlar ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

pia.az

Etiket:

loading...