Cümə axşamı, 30 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Kürdəmir Regional Mədəniyyət idarəsində dövlət büdcəsindən mənimsəmələr...

Mədəniyyət Nazirliyində rəhbərlik və idarə rəisləri dəyişməsinə baxmayaraq, sabiq korrupsioner nazir Əbülfəz Qarayevin dövründə oldğu maliyyə mənimsəmələri davam etməkdədir...

Ötən həftə Kürdəmir Kürdəmir Regional Mədəniyyət idarəsində baş verən bəzi korrupsiya halları barədə oxucularımıza məlumat vermişdik. Həmin yazımızda qeyd etmişdik ki, Kürdəmir Regional Mədəniyyət idarəsində baş verən hadisələr bir daha onu göstərir ki, əslində Mədəniyyət Nazirliyinin regional idarələrində aparılan islahatlar sadəcə görüntü xarakterlidir. Çünki yenə də korrupsiya, maliyyə maxinasiyasaları və sair əməliyyatlar gizli şəkildə həyata keçirilir. 

Məlumatda bildirilirdi ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin nəzdində olan İmişli, Beyləqan, Xocavənd və Füzuli rayon musiqi məktəblərinə nəzarət Kürdəmir Uşaq İncəsənət Musiqi Qəndab Zülfüqarovaya tapşırılıb. Qəndab Zülfüqarova isə regional idarənin rəis müavini Vaqif Alıyevin ən yaxın adamı kimi tanınır. Bildirlir ki, məhz Vaqif Alıyevin dəstəyi ilə Qəndab Zülfüqarova musiqi məktəblərində işləyən müəllimlərin dərs saatlarını artıraraq hər ay külli miqdarda vəsait mənimsəyir. 

Məsələ ilə bağlı 7NEWS.az-a verilən məlumatda qeyd edilir ki, hazırda Kürdəmir Regional Mədəniyyət idarəsinin musiqi məktəblərində dərs saatları artırılan müəllimlərdə məcburi şəkildə hər ay pul alınır. Bu miqdarı artırılmış əlavə dərs saatının 60 faizi qədərdi. Həmçinin rəhbərliyin şərti ilə razılaşmayanların dərs saatları artırılmır. 

Digər məlumatda isə bildirilir ki, hazırda Kürdəmir Regional Mədəniyyət idarəsi rəhbərliyinin əsas yeyinti yerlərindən biri ayda bir neçə dəfə keçirilən müxtəlif tədbirlər silsiləsidir. Dövlət büdcəsindən və işçilərin əmək haqqısından həmkəralar təşkilatına tutulan vəsait hesabına keçirilən bu tədbirlər əslində görüntü xarakterlidir. Tədbirlərin keçirilməsi üçün işçilərə yazılan ezamiyələrə görə büdcədən ayrılan vəsaitlər rəhbərlik tərəfindən mənimsənilir. 

Bundan başqa yenədə Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən mədəniyyət klublarında, kitabxanalarda, mərkəzlərdə və teatrlarda adı olub özü olmayan "ölü canlar” var. Yəni keçmişdə olduğu kimi yenə regional idarənin rəhbərliyi işçilərin adına yazılan əmək haqqları mənimsənilir. 

Məlumatda qeyd edilir ki, Kürdəmir Regional Mədəniyyət idarəsinin rəisi Faiq Xudanlı Mədəniyyət Naziri Anar Kərimovun yerlisi olduğu üçün ona güvəndiyini və heç nədən çəkinmədiyini tez-tez ətrafına xatırladır. Hətta Faiq Xudanlı regional idarədə həyata keçirilən maliyyə əməliyyatlarından nazirin birinci  müavini Elnur Əliyevin xəbərdar olduğunu deyir. 

Görünən odur ki, Mədəniyyət Nazirliyində rəhbərlik və idarə rəisləri dəyişməsinə baxmayaraq, sabiq korrupsioner nazir Əbülfəz Qarayevin dövründə oldğu maliyyə mənimsəmələri davam etməkdədir.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Deputat: Bağçalar Xəyalə Əhmədzadənin monopoliyasındadır- "kəsdiyi başa zaval yoxdur"

Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib - Yenilənib

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - Yenilənib

Əmək pensiyaları ilə bağlı qanunda nələr dəyişib? - Detalları açıqlandı

“Azərsun” duru yağların qiymətini artırdı... - Monopolist istehsalçının bunun üçün zəruri səbəbləri var?

Gənclər və İdman İdarəsinin rəisi saxlanıldı - İcra başçısının müavininin qohumudur

Ərdoğanla ABŞ Prezidenti arasında görüş başa çatıb - Yenilənib

Əmək pensiyalarına dəyişikliyin detalları açıqlanıb

Əli Həsənovun əlindən alınan əmlakı bu quruma verildi

Türkiyənin şərtləri qəbul edildi - Ankara da bu iki ölkəyə NATO yolunu açdı

Ən çox oxunanalar