Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürd qüvvələri Suriyanın şimalından geri çəkilib

Suriya Demokratik Qüvvələri (SDK) Türkiyə sərhəddi yaxınlığındakı Ras'ul Ayn şəhərində olan hərbi qrupun geri çəkildiyini açıqlayıb. SDQ sözçüsü Kino Gabriel, "Artıq şəhərdə döyüşçümüz yoxdur" deyib

Bazar günü Kürd Demokratik Birlik partiyasının (PYD) silahlı qanadı olan Xalq Mühafizə Qruplarının (YPG) bəzi döyüşçülərini və yaralıları daşıyan böyük bir maşın karvanı Ras'ul Ayn-dan gedib. Bəzi mülki şəxslərin də şəhəri tərk etdiyi müşahidə olunub.

Suriya Milli Ordusunun sözçüsü Yusuf Hamud isə SDQ-nin Ras'ul Ayn şəhərindən "tamamən getdiklərini" söyləyib.

SDQ-nin əsas hissəsini YPG təşkil edir. Türkiyə YPG-ni "terror təşkilatı" saydığı PKK-nın Suriyadakı qolu hesab edir.

Türkiyənin Milli Müdafiə Nazirliyindən bazar günü verilən açıqlamada isə "Barış Pınarı Hərəkatı"-da atəşkəs elan edildikdən bəri "55 maşından ibarət karvanın Ras'ul Ayn-a daxil olduğu və 86 maşından ibarət karvanın isə Tel Tamir istiqamətində şəhərdən çıxdığı" bildirilib.

Türkiyə oktyabrın 9-da Suriyanın şimalında və Fırat çayının şərqində başladığı "Barış Pınarı Hərəkatı" ilə Tel Abyad və Ras'ul Ayn şəhərləri olan bölgəyə yönəlib.

Hərəkatın 8-ci günü Türkiyə prezidenti Recep Tayyip Erdoğanın başçılıq etdiyi heyətlə ABŞ-ın vitse-prezidenti Mike Pence-nin başçılıq etdiyi heyət arasında görüşdə razılaşma əldə olunub.

Razılaşmaya görə, Türkiyə 120 saat müddətində hərbi əməliyyatları dayandıracaq və bu müddət ərzində YPG təqribən 32 km-lik ərazidə yaradılacaq təhlükəsiz bölgənin gerisinə çəkiləcək. Bu müddət çərşənbə axşamı gün başa çatır.

Türkiyənin əsas məqsədi kürdlərin Xalq Qoruma Birliyini (YPG) öz sərhədlərindən uzaqlaşdırmaqdır. Ankara onları "terrorçu" hesab edir.

Türkiyə hakimiyyəti Suriyanın şimal-şərqində sərhəd boyu kürd silahlılarının olmayacağı 32 kilometrlik "təhlükəsiz zona" yaratmaq istəyir.

Ankara "təhlükəsiz zonada" hazırda Türkiyədə yaşayan 2 milyon suriyalı qaçqını yerləşdirmək istəyir. Suriyada 2011-ci ildə başlamış vətəndaş müharibəsinə görə ölkəni tərk etmiş suriyalıların 3,6 milyon nəfəri Türkiyədədir.(BBC)

pia.az


Etiket: Anlaşma

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar