Cümə, 20 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının polislə əlbir olduğu iddia edilir

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən İlahə Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

PİA.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədilə yalan danışaraq dörd nəfərə ümumilikdə 182 min manatlıq ziyan vurub.

İ. Məmmədova zərərçəkmiş Cümşüd Həsənovdan 89 min 750 manat, Svetlana Səmədovadan 48 min manat, Fariz Bədəlovdan 30 min manat, Fərhad Səfərlidən isə 15 min manat dəyərində qızıl-zinət əşyalarını aldadaraq ələ keçirib.

Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

İ.Məmmədova ifadəsində qızıl-alış verişi ilə məşğul olduğunu, zərərçəkmiş şəxslərdən aldığı pulun bir qismini isə qeyri-rəsmi yaşadığı polis əməkdaşı Anar Səfərova verdiyini deyib:

"Anar Sabunçu Rayon Polis İdarəsində işləyir. 3 ildir ki, onunla qeyri-rəsmi münasibətimiz var. Əldə etdiyim pulun da bir hissəsini ona verirdim. Mən Anara inanmışdım, Svetlana Səmədovadan da aldığım pulu ona verdim. Həbs olunandan sonra da mənə dedi ki, çöldəki oğlunu fikirləş..."

Cinayət işi üzrə şəxslər də ifadələrində İlahə Məmmədovanın polis əməkdaşı Anar Səfərov ilə bir işlədiyini deyiblər.

Zərərçəkmiş Fariz Bədəlov ifadəsində təqsirləndirilən şəxsə görə evini satıb çöldə qaldığını bildirib: "Mən taksi şoferi idim. Qohumdan, dostdan 30 min toplayıb ona verdim. Anarla da birbaşa əlbir idi".

Qızıl univermağında satıcı işləyən zərərçəkmiş Fərhad Səfərli isə İlahə Məmmədovaya 15 min manatlıq qızıl verdiyini deyib:

"İlahə hər dəfə Anarla birgə gəlirdi. Özlərini ər-arvad kimi təqdim edirdilər. Məndən qızıl götürüb baha qiymətə satırdılar. Bir neçə dəfə alış-verişdən sonra etibar yarandı. Sonuncu dəfə 15 min manatı da Anar Səfərovun iştirakı ilə verdim. Anar mənə dedi ki, Sabunçuda polisdir, nə isə problem olsa ona deyim".

Digər zərərçəkmişlər Cümşüd Həsənov və Svetlana Səmədova da təqsirləndirilən şəxsə etibar edib pul verdiklərini deyiblər.

Məhkəmədə təqsirləndirilən şəxslə əlbir işlədiyi deyilən Anar Səfərov da ifadə verib. A.Səfərov ifadəsində zərərçəkmiş şəxslərlə hər hansı alış-verişi olmadığını deyib: "Polis əməkdaşıyam. Sabunçu Rayon Polis İdarəsində çalışıram. İlahəni tanıyırdım. Onu bilirdim ki, qızıl alış-verişi ilə məşğuldur. Hansısa bir yerə gedəndə mənə zəng edirdi ki, məni filan yerə apar, mən də aparırdım. İlahə ilə münasibətimiz olsa da, hər hansı iş birliyimiz olmayıb".

Polis əməkdaşının ifadəsinə münasibət bildirən zərərçəkmiş şəxs Cümşüd Həsənov bildirib ki, Anar Səfərovdan polisə şikayət etsə də, tədbir görülməyib.

Məhkəmədə ifadə verən zərərçəkmişlər Anar Səfərovun da məsuliyyətə cəlb olunmasını istəyiblər.

Proses gələn həftə davam etdiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

"Əli Həsənova verdiyim 10 kaseti ermənilər qarşıma qoydular" - Şahbaz Quliyev

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt

İran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı bəzi faktlar - Yenilənib

Ermənistanda müxalifətin aksiyaları güclənir... - Paşinyan devrilə bilər?

Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib

“Azərbaycanda məmurlar qanunlara tüpürürlər” - Ekspert hərbiçilərə veteranlığın verilməməsinə görə od püskürdü...

Kürdəmir Regional Mədəniyyət idarəsində dövlət büdcəsindən mənimsəmələr...

"Heç kim Putinin qoyduğu sülh şərtlərini qəbul etməyəcək" - Şolts

Azərbaycanda hibrid avtomobillərinə güzəştlər tətbiq edilməyə başlanılıb

Müharibə əlillərinə ayrılan 50 milyon niyə yoxa çıxıb? - Prezidentin fərmanı ilə vəsait ayrılıb, ancaq...

Britaniya kəşfiyyatı: “Rusiya yüksək səviyyəli komandirləri işdən çıxarıb”

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə təbii qazın 50 %-ni Rusiyadan alır"

Ən çox oxunanalar