Cümə, 19 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Küllərindən doğulan ölkə: Rusiya artıq super güc ola biləcəkmi?

Sovet kəşfiyyatçısı küllərindən doğulan ölkə barədə danışdı: “Fərqlilikləri qəbul etmək ortaq maraqlar qurmağın yolunu aça bilər”

Kayahan Uygur
“OdaTv” qəzeti, Türkiyə, 11 iyul 2019-cu il

Sabiq sovet hərbi kəşfiyyatçısı olan və bu gün ABŞ-ın Karnegi İnstitutunun Moskvadakı mərkəzində mütəxəssislik edən Dimitri Trenin “The Ambassador's Brief” adlı saytda İngiltərədə çıxan “Rusiya 1900-2019” adlı kitabını təqdim edib. Yazıda Rusiya ilə bağlı maraqlı təsbitlərə də yer verib. Bunları tam şərhsiz bu cür izah etmək olar:

Rusiya həmişə eynidir

Rusiya həmişə özünü məhv edən, lakin küllərindən yenidən doğulan bir ölkə olub və bunu hər zaman təkrar edir. Moskva şahlığı, rus çarlığı, Sovet İttifaqı və Rusiya Federasiyası da bir-birinin davamıdır.

Rusiyada dövlət hər zaman mərkəzdə dayanır, qalan şeylər isə onun ətrafında fırlanır. Dövlətin gücü hədsiz dərəcədə unitardır. Bu halda liderin ən böyük günahı isə nəzarəti əldən verməkdir. Çar II Nikolay da, Qorbaçov da islahat keçirmək istəyərkən nəzarəti əldən buraxan liderlər olublar.

Daxildəki anarxiya kənar hücümlardan belə daha təhlükəli hesab olunur. Dövlət rus xalqını birlik halda tutan güclü bir yapışqan rolu oynadığı müddətcə güclü hesab edilir.

Rusiya qonşuları ilə bərabər münasibətlər qurmur

Rusiya özünü həmişə tək və təhlükədə hiss edir. Ona görə də, özündən daha güclü və inkişaf etmiş rəqibləri qarşısında möhkəm dayana bilmək üçün güclü olmağa ehtiyac duyur. Məsələn, Napaleonun Fransası, Kayzerin və Hitlerin Almaniyası, Avropa, ABŞ və NATO kimi rəqiblər. Kiçik sərhəd qonşularını isə ya bir tampon bölgə, ya da ki, düşmənlərinin önünə ata biləcəyi bir yem olaraq görür və onlarla bərabər münasibətlər qurmur.

Çox güman ki, Rusiya Putindən sonra da indikindən daha fərqli olmayacaq. Hökmdar kimi bir prezident, korporasiyalara əsaslanan və dövlətin maraq qrupları arasında bir körpü olan sosial və siyasi quruluş hər zaman yaşayacaq.

Rusiya artıq super güc ola bilməz

Rus cəmiyyəti hal-hazırda siyasi yetkinliyə çatmayıb, lakin zamanla çatacaq. Əvvəlcə ən vacib problemlərin üzərinə gediləcək: yerli qanunsuzluqlar, təhsil və tibb sektorundakı çatışmazlıqlar, geriçilik və şəhərçilik problemləri.

Rusiyada sivil cəmiyyətdə milliyətçilik və Qərbə inteqrasiya ilə bağlı mübarizə uzun müddət davam edəcək. Lakin artıq Rusiyanın super güc olmaq şansı yoxdur. Digər tərəfdən, Rusiya Avrasiyanın və qlobal sistemin kilid iştirakçısı rolunu hələ də qoruyur və bugünkü rolu da elə bundan ibarətdir.

Rusiya və ABŞ arasındakı münasibətlər hər zaman rəqabətçi şəkildə davam edəcək. Bu gün qarşı-qarşıya duran məsələlər Vaşinqtonun Rusiya üzərində hegemonluğa can atması və Rusiyanın bunu rədd etməsi, Rusiyanın öz təhlükəsizlik maraqlarını müəyyənləşdirmək istəməsi və bunu qoruyacaq üsulları özünün seçməyə çalışması ilə əlaqədardır.

Rusiya və ABŞ-ın bu günki rəqabəti hər iki ölkənin sosial-iqtisadi vəziyyətinin dəyişməsi nəticəsində yumşalacaq. Lakin müəyyən məsələlərdə əməkdaşlıq edərkən bir tərəfdən rəqabət də hər zaman davam edəcək.

Fərqliliklər qəbul oluna bilər

Rusiya ilə Avropa arasındakı durum isə daha fərqlidir. Bu münasibətlər inkişaf edə bilər. Bugünkü münasibətlər məyusluq, yadlaşma və uzaqlaşma doğursa da, vəziyyət zamanla yenidən bərpa oluna bilər. Bunun təməlində isə müsbət qonşuluq münasibəti və fərqli olduqlarını qəbul etmələri durur. Fərqlilikləri qəbul etmək ortaq maraqlar qurmağın yolunu aça bilər.

Rusiya və Çin arasındakı münasibətlər 30 ildir ki, inkişaf etməkdə davam edir. Bu dönəmdə Çin böyük bir yol qət edib, Rusiya isə komunizmdən və imperatorluqdan sonrakı illərdə çətinliklə də olsa, dəyişə bilib.

Rus-Çin münasibətlərinin bu günkü açar sözləri “heç vaxt bir-birimizin əleyhinə olmayacağıq, amma hər məsələdə birlikdə olmağımıza da ehtiyac yoxdur” şəklindədir.

Bugünkü sağlam münasibətlərin və yaxud razılaşmanın davamı Rusiyanın güclü qonşusu ilə münasibətləri qorumasından asılıdır. Rusiya əgər Pekinin bu münasibətlərdə ondan daha üstün olmağa başladığını görsə, şəriki ilə arası soyuya bilər.

Dərsimizi yaxşı oxuyaq

Dimitri Treninin Rusiya analizi ilə tam olaraq razılaşmasam da, təsbitlərində haqlı olduğunu düşünürəm. Türkiyədə Rusiyanı hələ də Sovet İttifaqı olan bir super güc hesab edənlər və yaxud da “düşmənimiz olan Qərb”in qarşısında İslam aləminin dostu kimi görənlər dərslərinə daha yaxşı hazırlaşmalıdırlar.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


loading...