Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Külək enerjisi bəşəriyyətin ehtiyacından 18 dəfə çox elektrik enerjisi verəcək

Hazırda külək enerjisi elektrik enerjisini əldə etmək üçün populyar üsul sayılmır...

Fikrimizdə, külək dəyirmanları bərpa olunan enerji mənbələrini əks etdirən gözəl bir görünüşə, mənzərəyə çevrilib, lakin çox effektiv deyil. Lakin mütəxəssislərin fikrincə, elektrik enerjisi istehsalının gələcəyi yaxın iki onillikdə məhz külək dəyirmanlarının əlinə keçəcək.

Texnologiyanın inkişafı ilə külək enerjisi yeni potensial qazanır
 Electrek nəşri bildirir ki, dəniz generatorları da daxil olmaqla külək generatorları dünyada elektrik enerjisinin istehsalının yalnız 0.3 faizini istehsal edirlər. Birləşmiş Krallıq bu gün ən çox dəniz külək dəyirmanlarından istifadə edən ölkədir. Ancaq texnologiyanın inkişafı ilə külək enerjisi yeni potensiala qovuşur və dəniz yel dəyirmanlarından istifadənin gözlənilməz perspektivləri hamını heyrətləndirir.

Beynəlxalq Enerji Agentliyi (İEA) dənizdə külək enerjisi sənayesinin inkişafı ilə bağlı proqnoz dərc edib və yaxın illərdə onun əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırıb. Agentlik 2040-cı ilə qədər külək enerjisinin on beş dəfə artacağını və dənizdəki külək generatorlarının bir trilyon dollara yaxın investisiya cəlb edəcəyini təxmin edir.

Bu gün Avropada cəmi 20 QeqaVat gücündə dəniz külək turbinləri quraşdırılıb, Çində isə daha az – cəmi 4 QeqaVat, amma iyirmi il sonra Avropa təxminən 130 QeqaVat, Çin isə 110 QeqaVat gücündə külək generatorlarından istifadə edəcək.

Külək enerjisinin şübhəsiz üstünlüklərindən biri, xüsusən də mövcud şəraitdə onun ekoloji təmizliyidir. İEA artıq yaxın illərdə (2019-cu ildən 2024-cü ilə qədər) bərpa olunan enerjinin inkişafı və populyarlığının kəskin bir sıçrayışını proqnozlaşdırır. Agentlik hesab edir ki, dünya bu problemi tamamilə həll etməsə də, yalnız külək enerjisinə deyil, həm də iqlim böhranı ilə mübarizəyə töhfə verəcək günəşə də diqqət yetirəcəkdir.(konkret.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar