Xəbər verdiyimiz kimi, bu gün saat 00:00-dan etibarən Azərbaycanda Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hərəkət məhdudlaşdırılıb...
Vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.
Artıq bu xidmətdən istifadə edən vətəndaşlar var. Məsələn, 2-ci indeks üzrə göndərilən sorğuya aşağıdakı kimi cavab verilib:
Sosial şəbəkə istifadəçilərinin yazdığına görə, sorğular çox operativ şəkildə cavablandırılır. (qafqazinfo)
pia.az