Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Küçələrdə yol polislərinin sayı azaldılsın!” — Deputatdan nazirə təklif

“İstərdim ki, şəhərdə yol polisi əməkdaşlarının sayı azaldılsın”...

Demokrat.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a millət vəkili Çingiz Qənizadə yol polisi sistemində edilın dəyişikliklərə münasibət bildirərkən deyib.

Nazir Vilayət Eyvazovun yol polisləri ilə bağlı son dəyişikliklərini yüksək qiymətləndirən Çingiz Qənizadənin sözlərinə görə, atılan addımlar yol polisi sistemində işin keyfiyyətini daha da yaxşılaşdıracaq.

“Yol polisi əməkdaşları qanunvericilikdə nəzərdə tutulan normadan qat-qat artıq işləyirdilər və bu da təbii ki, onların yorğunluğuna və başqa neqativ məqamlara gətirib çıxarırdı. Onların növbəli iş rejiminə keçməsi olduqca vacib idi”, - deyə millət vəkili bildirib.

Çingiz Qənizadə yol polisi sistemində başqa bir əhəmiyyətli məsələyə diqqət çəkib. “Bəzən rayon polis bölmələri yaxud şöbələri əməkdaşlarının olduğu ərazilərdə şəhər polisinin əməkdaşları xidmət keçir. Bu da anlaşılmazlıqlara gətirib çıxarır. Yəni, tutaq ki, hansısa rayonun ərazisində hadisə baş verirsə, o zaman belə rəy yaranır ki, həmin vaxt orada xidmət keçən polis əməkdaşları həmin rayonun polisləridir. Amma sonra bəlli olur ki, şəhər polisləri imiş. Burada bir tənzimlənmə olmalıdır. Konkret bilinməlidir ki, hansı ərazilər hansı rayona aiddir və polis əməkdaşları da işlərinin öhdəsindən gəlməsi üçün ərazilərini dəqiq bilməlidirlər.

Digər tərəfdən onsuz da şəhər başdan-ayağa kameralaşdılırıb. Ona görə də yol polisi maşınlarının çox şəhərdə çox olmasına ehtiyac yoxdur. Bu müəyyən mənada qıcıq yaradır. Hesab edirəm ki, qayda pozuntuları elektron versiyalarla qeydə alındığı üçün bu sahədə də müəyyən islahatların aparılması məqsəsduyğun olar”, -deyə millət vəkili vurğulayıb.

Çingiz Qənizadə həmçinin bildirib ki, avtomobillərin texniki baxışı zamanı vətəndaşlar əziyyət çəkir. Millət vəkili bu sahədə də islahatların aparılacağına ümid etdiyini bildirib. “Burada əhalinin narazılığına səbəb olan məqamlar varsa, bununla bağlı da tədbilər barədə düşünüləcək” – deyə o əlavə edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ən çox oxunanalar