Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KTMT xarici işlər nazirləri Şurasının iclasında Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri Şurasının iclasında Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici İşlər naziri Sergey Lavrov iclasın yekunlarına dair mətbuat konfransında bildirib.

O, Qarabağla bağlı üçtərəfli bəyanatın icrası ilə əlaqədar Rusiyanın gördüyü tədbirlər barədə iclasda məlumat verildiyini söyləyib.

Rusiyalı nazir hərbi əməliyyatlar zamanı həlak olanların cəsədləri və hərbi əsirlərin mübadiləsi barədə də danışıb: “Qarabağda hərbi əməliyyatlar zamanı həlak olanların meyitləri və saxlanılan şəxslərin mübadiləsi məsələsi 9 noyabr üçtərəfli bəyanatda da əksini tapıb. Biz yaxşı anlayırıq ki, bu məsələ birbaşa erməni və Azərbaycan tərəfinə aiddir və 9 noyabr razılığına əsasən, tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsini bu məsələnin problemsiz, tez və effektli həllinə yardımçı olmağa çağırıb. Rusiya bu cür mövqeni dəstəkləyir. Bizim sülhməramlılarımız Dağlıq Qarabağda yerləşdirilib. Onların əsas və təxirəsalınmaz vəzifələrindən biri həlak olanların meyitlərinin və hərbi əsirlərin mübadiləsini həyata keçirməkdi. Həlak olanlar və hərbi əsirlər az deyil. Biz bu humanitar problemlərin tezliklə həll olunmasında maraqlıyıq. Bunun üçün bizim sülhməramlılar artıq bir sıra konkret addımlar atıb.

Bu məsələ Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon təmasları zamanı müntəzəm olaraq qaldırılıb. Bu təmaslar son həftələr, son günlər az olmayıb. Bir məqamı da qeyd edim ki, həlak olanların meyitlərinin və saxlanılan şəxslərin mübadiləsini effektli aparmaq və bu sahədəki işin vəziyyətini qiymətləndirmək lazımdır. Əlbəttə ki, hər iki tərəfdəki hərbi komandirlərdə itkin düşmüş sayılan şəxslərin çox dəqiq siyahısı olmalıdır ki, bununla daha əhəmiyyətli dərəcədə, daha konkret olaraq məşğul olmaq mümkün olsun".

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar