Cümə axşamı, 21 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

KTMT-də sədrlik Ermənistana keçdi... - Azərbaycan üçün təhlükə var?

Ermənistan KTMT-dən Azərbaycan əleyhinə istifadə edə bilərmi?..

Politoloq: “Düşünmürəm ki, Paşinyan KTMT vasitəsilə Azərbaycana qarşı ciddi bir təxribata getsin”.

Ermənistanın baş naziri yaxşı bilir ki, KTMT-dən Azərbaycana qarşı istifadə etsə də, heç bir müsbət nəticə olmayacaq”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistanın KTMT-yə sədrliyinin başlamasının Azərbaycana təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrliyi üzərinə götürüb. Bu barədə KTMT-nin dünən Düşənbədə keçirilən Kollektiv Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasında bildirilib.

KTMT üzvü olan ölkələrin Xarici İşlər, Müdafiə Nazirləri Şuralarının və KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin növbəti iclaslarının da 2022-ci ilin birinci yarısında Ermənistanda keçirilməsi planlaşdırılır.

Bəs Ermənistanın KTMT-yə sədrliyi müddətində hər hansı təxribatlarla öz səlahiyyətlərindən Azərbaycan əleyhinə istifadə edə bilərmi?

Ermənistanın KTMT sədrliyinin mümkün nəticələrini PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Paşinyanın KTMT və yaxud hər hansı bir təxribata əl atması Ermənistan xalqının maraqlarına və öz hakimiyyətinə ciddi təhlükə ola bilər”.

Əgər Ermənistan oyun oynayacaqsa, bunun öz əleyhinə işləyəcəyini vurğulayan politoloq Nikol Paşinyanın gərginliyə getməyəcəyini düşünür:

“KTMT-nin Düşənbə sammitində rotasiya qaydasına uyğun olaraq sədrlik Ermənistana verilir. Hesab edirəm ki, baş nazir Nikol Paşinyanın sədrliyi dönəmində KTMT-dən Azərbaycana qarşı istifadə edilməyəcək.

Xatırladım ki, Nikol Paşinyan özü vaxti ilə Ermənistanın belə bir qrumdan çıxması üçün hərəkat yartamışdı. Ermənistanın baş naziri yaxşı bilir ki, KTMT-dən Azərbaycana qarşı istifadə etsə də, heç bir müsbət nəticə olmayacaq. Çünki Qarabağda artıq müharibə başa çatıb. Üç ölkə arasında da imzalanan müqavilələr var . Ermənistan indi həmin imzaladığı müqavilənin şərtlərini yerinə yeritirməlidir.

Əgər Ermənistan oyun oynayacaqsa, öz əleyhinə işləyəcək. Düşünürəm ki, Nikol Paşinyan gərginliyə getməyəcək. Baş nazir Rusiyadan aslılığı götürmək üçün Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmağa çalışmağa cəhd edir. Ona görə də Paşinyanın KTMT və yaxud hər hansı bir təxribata əl atması Ermənistan xalqının maraqlarına və öz hakimiyyətinə ciddi təhlükə ola bilər. Buna görə də düşünmürəm ki, Paşinyan KTMT vasitəsilə Azərbaycana qarşı ciddi bir təxribata getsin”.

Ermənistanın KTMT-yə sədrliyini şərh edən rusiyalı politoloq Oleq Kuznetsov isə hesab edir ki, Ermənistan rəhbərliyi Azərbaycanla müharibədə dağıdıcı məğlubiyyətdən sonra ən kişik, hətta illuziya səviyyəsində olan şansları dəyərləndirməyə çalışacaq və KTMT-yə sədrliyindən də şübhəsiz öz siyasi maraqları üçün yararlanmağa çalışacaq.

Lakin Rusiyalı ekspert vurğulayır ki, faktiki olaraq Ermənistanın KTMT-də sədrlik edə biləcək ölkə belə yoxdur. Əgər Ermənistan KTMT-də Rusiyaya patronluq etmək istəyirsə, Kreml buna imkan verməz. Ona görə də Ermənistanın KTMT-də sədlik etməsi heç bir şeyi dəyişdirməyəcək. Ola bilər ki, Ermənistan öz ordusu üçün yeni silahlar əldə edə bilsin. Ancaq Yeravan bu silahları KTMT-yə sədrlik etmədən də Rusiyadan alır.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Şəhid mayorun xanımı ərinin il mərasiminə gedərkən qəzada həlak oldu

Ramiz Mehdiyevin kürəkəni vətəndaşın evinə basqın etdirdi...

Çantasından kokain çıxan azərbaycanlı qıca 176 il həbs cəzası verilib

Tatoyan Azərbaycan-Ermənista­­n sərhədində təhlükəsizlik zonasının yaradılması təklif edib... - Məqsəd nədir?

Baş Prokurorluqdan Nərminin qan qrupu ilə bağlı açıqlama - Yenilənib

Sabiq MTN əməkdaşı: QRU Bakıdakı ali məktəblərin bəzi tələbələrini də fəaliyyətə cəlb edib və…

Növbəti devalivasiya həyəcanı: Yanvardan dollar 2 manata olacaq?

Azərbaycanda ilahiyyatçı dövlətə xəyanətə görə həbs olundu

Qarabağdakı erməni silahlıları tərksilah edilir - "Arutunyan dedi ki, ordunu buraxacaq..."

İran maşınları Qarabağa girməyəcək - Tehranla Bakı arasında problemlər bitdimi?..

Ən çox oxunanalar