Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kseniya Sobçak islamofob siyasət yeridən Makrona qahmar çıxdı

Fransa prezidenti Emmanuel Makronun müsəlmanlara yönəlik ksenofob fikirlərindən sonra Rusiyada onun söylədiklərinə qahmar çıxanlarla İslam dininə etiqad edən ictimai xadimlər və tanınmış simalar arasında mübahisə qızışıb.

Məsələn, ölkənin məşhur teleulduzlarından Kseniya Sobçak bu günlərdə Çeçenistan rəhbəri Ramzan Kadırıovla qiyabi mübahisəyə girişərək onu “dəyərlərə qəsd olunmasına mübarizə” adı altında “orta əsr təfəkkürü ilə hərəkət etməkdə” suçlayıb.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, Ramzan Kadırovun sərt şəkildə “terrorizm lideri” adlandırdığı Emmanuel Makronu Kseniya Sobçak “əsl qəhrəman” deyə təqdim edib.

Bundan sonra teleaparıcı və onun komandası ünvanlarına müxtəlif təhdidlər gəldiyini bildirib.

Qeyd etmək lazımdır ki, Kseniya Sobçak döyüşçü Həbib Nurmaqomedovu da “instagram” səhifəsində Emmanuel Makrona sərt şəkildə reaksiya verməsinə “dil uzadıb”.

Bütün bunlar Rusiyanın İslam dininə etiqad edənlərin üstünlük təşkil etdiyi respublikalarda teleaparıcıya qarşı kütləvi neqativ reaksiyaların gəlməsinə səbəb olub.

Çeçenistanın gənclərlə iş üzrə nazirinin müavini Cəbrail Əbdülvahabov 2018-ci ildə Kseniya Sobçakın Qroznıda eşitdiyi təhqirlərə layiq olduğunun indi sübuta yetirildiyini bildirib.

Rusiyanın qarışıq döyüş növləri üzrə çempionu, məşhur idmançı Maqomed İsmailov da özünün “Youtube” kanalında Kseniya Sobçaka xüsusi video həsr edib və onu “çirkin, səfeh heyvan” adlandırıb. Maqomed İsmailov söz azadlığının da bir hüdudu olduğunu dilə gətirib.

pia.az 


Etiket: Makron


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar