Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kriminal avtoriteti qətlə yetirənlər apellyasiya şikayəti verib

Kriminal avtoriteti qətlə yetirməkdə təqsirləndirilən Taleh Cəlalov, İmran Bəbirov, Vüsal Hüseynov və qardaşı Səxavət Hüseynovun barələrindəki hökmdən apellyasiya şikayəti verilib.

PİA.az xəbər verir ki, şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrlik etdiyi cinayət kollegiyası araşdırır.

Qeyd edək ki, hadisə ötən il Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində, “Favorit” supermarketinin yanında qeydə alınıb. 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna aid “Mercedes” markalı avtomobilə atəş açılıb. M.Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib. Bir müddətdən sonra Dövlət Yol Polisi əməkdaşları qətli törətməkdə şübhəli bilinən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunu saxlayıblar.

İstintaqın gedişində S.Hüseynovun qardaşı V.Hüseynov və İ.Bəbirov da iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Vüsal Hüseynov və Taleh Cəlalov 18 il, Səxavət Hüseynov 17 il və İmran Bəbirov 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar qəsdən adam öldürmə, qanunsuz silah saxlama, xuliqanlıq və digər əməllərdə təqsilri biliniblər.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar