Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Krım platforması” Rusiyanı qıcıqlandırıb - Kremlin mimimum və maksimum hədəfi

"Ukrayna prezidenti Vladimir Zelenskinin təşəbbüsü ilə avqustun 23-də Kiyevdə “Krım platforması” adlı beynəlxalq konfrans keçiriləcək. Aydındır ki, bir konfransla Krım problemini həll etmək mümkün deyil. Ancaq Kiyev istəmir ki, beynəlxalq aləm Krımı unutsun və konfrans vasitəsilə diqqəti yarımadaya cəlb etməyə çalışır".

PİA.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

"Vladimir Zelenski Türkiyəyə səfəri zamanı Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanı da adı çəkilən konfransa dəvət etdi. Ərdoğan dəvəti qəbul etdi. O da aydındır ki, “Krım platforması” Kremlin qıcığına səbəb olub. Kremlin mimimum və maksimum hədəfi var. Minimum hədəfi budur ki, böyük dövlətlər Krımı unutsunlar. Maksimum hədəfi isə budur ki, yaxşı halda Rusiyaya tərəfdaş ölkələrdən bir neçəsi Krımı Rusiyanın ərazisi kimi tanısın. Kiyevin məqsədi isə Kremlin mimimum və maksimum hədəflərinə çatmağa mane olmaqdır. Krımı beynəlxalq hüquq normalarına uyğun Ukrayna ərazisi tanıyan, ancaq Kremlı qıcıqlandırmamaq üçün Kiyevdəki tədbirə qatılmayanlar da olacaq", - deyə politoloq əlavə edib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar