Şənbə, 31 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Kremldə vəziyyət gərgindir: Qarabağ məsələsi hələ bir müddət gündəmdə qala bilər...

Əgər qarşılıqlı olaraq həssas mövzulara əhəmiyyət verilməsə, Qarabağ məsələsi gərginləşən vəziyyəti ən son həddə çatdıra bilər...

İkbal Durre
“The Independent” qəzeti, 30 sentyabr 2020-ci il

Azərbaycan-Ermənistan münaqişəsinin Rusiya üçün ən arzuolunmaz nəticəsi ABŞ-ın Ermənistanın lehinə toqquşmaların dayandırılmasında rol oynaması və nəticədə, ermənilərin “ABŞ problemi həll etsə, o zaman Rusiyanın ölkəmizdə hərbi bazası olmamalıdır” deməsidir.

Buna görə də, belə bir nəticənin qarşısını almaq üçün Moskvanın yaxın günlərdə ciddi bir addım atacağını gözləyə bilərik. Məsələn, Moskva bölgədəki hava sahəsini bağlaya və ya sülhməramlıları göndərə bilər.

Bunun üçün bir neçə gün daha proseslər izləniləcək. Vacib məqam isə budur ki, Rusiya və beynəlxalq hüquq üçün toqquşmalar hazırda Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində davam edir. Buna görə, Ermənistanın da daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına uyğun olaraq tərəfdaşların müdaxiləsini tələb edən heç bir vəziyyət yoxdur. Bunu yaxşı bilən Bakı da, təbii olaraq, bu məsələni nəzərə alıb.

Ancaq buna baxmayaraq, Kremlə qarşı sosial təzyiq hər dəqiqə artır. Çünki Ermənistan Rusiyanın hərbi tərəfdaşıdır. Rusiyadakı media orqanları hər nə qədər təmkinli bir dildə danışsalar da, ümumi ritorikada Ankaranı ittiham edirlər. Onların fikrincə, Azərbaycanın arxasında Türkiyə olmasa, belə bir cəhd edə bilməzdi. Həmçinin, konkret bir sübut göstərə bilmədikləri halda, Suriya və Liviyadan bölgəyə cihadçıların göndərildiyi barədə də çoxlu xəbərlər yayımlayıblar.

Vəziyyət belə olduqda uzun müddət sonra pan-türkçülük, pan-islamizm təhlükəsi kimi söz-söhbətlər yenidən gündəmə gəlib. Ankaranın Suriya və Liviya probleminin əvəzini Rusiyadan çıxarmaq üçün Bakını təhrik etdiyini söyləyən insanlar da az deyil. Üstəlik, son illərdə Kremlin Türkiyəyə çox güzəştə getdiyini deyərək günahlandıranlar da xeyli çoxdur.

İdlib, Liviya, Belarusiya, Navalni, neft-qaz satışlarındakı düşüş (xüsusilə Türkiyədə) və Covid-19-un ikinci dalğası kimi hədislər üst-üstə gəldi. Əgər qarşılıqlı olaraq həssas mövzulara əhəmiyyət verilməsə, Qarabağ məsələsi gərginləşən vəziyyəti ən son həddə çatdıra bilər.

Xatırladığımız kimi, Suriyada Moskva ilə Vaşinqton arasında imzalanan ilk razılaşmaya görə, Fəratın qərbi Rusiyanın, şərqi isə ABŞ-ın nəzarəti altında olacaqdı. Lakin bu gün bölgənin böyük bir hissəsi Türkiyənin nəzarətindədir.

Əlavə olaraq, gündəmdə olan digər bir önəmli məsələ də budur ki, ABŞ və İngiltərə Türkiyənin əliylə Rusiyanın Suriyadakı təsirini azaldıb. Həmin qüvvələrin, xüsusilə də İngiltərənin bənzər bir prosesi eyni üsullarla Qafqazda həyata keçirmək istədiyi bildirilir. Azərbaycanı ən çox dəstəkləyən ölkələr içində Türkiyədən sonra İsrailin gəlməsi də mövcud vəziyyəti daha çox gərginləşdirir.

Eyni zamanda, əgər bu iş böyüsə, İranın Ermənistanı dəstəkləməsi ilə birlikdə bölgədəki vəziyyət yenidən dəyişə bilər. Bu müharibə ilə Moskvanın son zamanlar Qərb yönümlü siyasət izləyən İrəvana dərs vermək istədiyini də demək mümkündür. Çünki eynilə belə bir səbəbə görə, Lukaşenkonu da əvvəlcə cəzalandırıb, sonra dəstəkləmişdilər.

Unutmayaq ki, Rusiya üçün Belarusiya Liviya deyil, Qafqaz da Suriya ola bilməz. Suriya və Liviyada göstərilən tolerantlıq bu bölgələrdə göstərilə bilməz. Moskva, Qafqaz, Belarusiya, Ukrayna və s. yerlərdə baş verən prosesləri birbaşa olaraq öz ərazi bütövlüyü üçün bir təhdid kimi qəbul edir.

Bu iş hələ asanlıqla bitməyəcək. Suriya, Liviya və Aralıq dənizi problemi davam edərkən, hələ uzun bir müddət də Qarabağ münaqişəsi gündəmdə qalacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib

“Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb” - Açıqlama

Ordumuzun məhv etdiyi 12 milyonluq erməni “Smerç”i – Azərbaycanda bu raketdən nə qədər var? 

Paşinyanın şok məktubu yayıldı: “Qarabağı verək, əvəzində...” - Foto

Putin Təhlükəsizlik Şurasının iclasını topladı

Daha 9 kənd işğaldan azad edildi - Prezidentdən "tvit"

“Putin bir ay susdu, amma indi...” - Qarabağla bağlı plan nədir?

Azərbaycan Ordusunun məhv etdiyi P-18 nədir? - Detallar

ATƏT-in Minsk Qrupu Cenevrə danışıqları ilə bağlı məlumat yayıb

Rusiyalı hərbi ekspert: “Köçəryan sağalınca müharibə bitəcək – Azərbaycanın xeyrinə...”

loading...

Ən çox oxunanalar