Çərşənbə, 21 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Kremldə Putinlə Paşinyan arasında görüş keçirilir - Yenilənib

Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

APA-nın Moskva müxbirinin “Rossiya 24” kanalına istinadən verdiyi məlumata görə, Kremldə keçirilən görüşdə çıxış edən V. Putin ikitərəfli münasibətlərə dair məsələlərlə yanaşı, ən aktual və ən kəskin problem olan Dağlıq Qarabağ və ətrafındakı vəziyyətin normallaşmasını müzakirə edəcəklərini söyləyib.

Rusiya Prezidenti baş nazirinin müavini Overçukun müntəzəm olaraq İrəvanda səfərdə olduğunu xatırladıb: “Siz bir müddət öncə onu qəbul etmişdiniz. O, bütövlükdə regionda əməkdaşlın trayektoriyasının necə göründüyünü sizə məruzə etmişdi. Müharibə sonrası vəziyyəti nəzərdə tuturam. Biz sizinlə bu mövzunu dəfələrlə müzakirə etmişik. Əlbəttə ki, Ermənistanın inkişafdan ötrü yeni imkanı qazanması üçün regionda ticarət iqtisadi əlaqələrin və nəqliyyat marşrutlarının bərpası vacibdir. Fikrimcə, bu olduqca vacib məsələdir. Ümid edirəm ki, biz bunları müzakirə etməyə nail olacağıq”.

***

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri başlayıb.

PİA.az  xəbər verir ki, bunu hökumət başçısının katibi Mane Gevorkyan bildirib.

N.Paşinyan səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Görüşdə iki ölkə arasındakı əlaqələr, o cümlədən Qarabağ ətrafındakı vəziyyət müzakirə olunacaq.(report)

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sülhməramlıların hərbi parad keçirməsi beynəlxalq qaydalara nə qədər uyğundur?..

Aeroport yolunda qəzada ölən və xəsarət alanların adları məlum olub - Yenilənib

Vilayət Eyvazov deputatın oğluna yeni vəzifə verdi

Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı - Foto

Azərbaycanın KTMT-yə üzvlüyü qaçılmaz bir məcburiyyətə çevrilə bilərmi? - Müsahibə

Ramiz Mehdiyevin işdən çıxardığı əməkdaş başqa vəzifəyə təyin olundu

Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub

"Kurtlar vadisi"nin "Güllü"sü Hərbi Qənimətlər Parkında - Foto

İlham Əliyev pambıq tarlasında səpin prosesini izlədi - Yenilənib, Fotolar

Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət qaydası dəyişir

Ən çox oxunanalar