Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kral Salmana sui-qəsd xəbərdarlığı - Səudiyyə sarayında nələr baş verir?..

Kral Salman 1-ci Ərəb Liqası-Avropa Birliyi toplantısında Fələstinin himayəsini yenidən öz üzərinə götürürkən, vəliəhd şahzadə ibn Salmanın evangelist və sionist cəbhə ilə baş tutan rəsmi və qeyri-rəsmi görüş və ya razılaşmalarını da heçə saymış oldu

Bülənt Oraqoğlu,
“Yeni Şafak” qəzeti, Türkiyə, 13 mart 2019-cu il

Kralı Salman ibn Əbdüləziz Qaşıqçı cinayətinə görə beynəlxalq imici yerlə bir olan Səudiyyə Ərəbistanını yenidən ərəb liqasının dəyişilməz ulduzu kimi göstərmək üçün vəziyyəti öz nəzarətinə alıb və bu yolda atdığı ilk addımlardan biri də Misirdə keçirilən 1-ci Ərəb Liqası-Avropa Birliyi toplantısına getdiyi Qahirədə toplantıdan əvvəl iştirak etdiyi Misir Parlamentində böyük sevinclə və alqışlarla qarşılanması idi.

Bu təmtəraqlı qarşılanmanın səbəbi o idi ki, 3 iyul 2013-cü ildə ABŞ-ın gizli dəstəyi ilə firon Sisi rəhbərliyindəki hərbiçilər seçki yolu ilə hakimiyyət qazanmış Mursi iqtidarını Türkiyədəki 15 iyul çevrilişinə bənzər bir hərbi çevrilişlə qanlı şəkildə devirdikdən sonra Səudiyyə krallığı Əbdülfəttah əl Sisi rejimini maliyyələşdirərək Misir rejimini himayə etmişdi.

Himayə Səudiyyə diplomatiyasının ən önəmli silahı kimi tanınır. Kral Salman zirvə görüşündə bildirmişdi ki, kreditlərdən başqa, bir çox ölkəyə verilən qrantın miqdarı 35 milyard dollar olduğunu açıqladı.

Günümüzdə “iki haram şəhərin xadimi” titulundan Səudiyyə Ərəbistan kralları istifadə edir. İslamın iki müqəddəs şəhəri olan Məkkə və Mədinənin xidmətçisi mənasına gələn bu titula vəliəhd şahzadə Məhəmməd ibn Salman nə dərəcədə layiqdir? Yeni mühafizəkar-sionist və evangelist şər cəbhəsinin Orta Şərq və Fələstin planlarının baş xidmətçisi olan vəliəhd Salman müsəlman dünyasının müqəddəslərini təhqir edərkən, daha sonra 600 cangüdən ilə Kəbəni ziyarət edərkən Kəbənin damına çıxması müsəlman dünyasının marağını çəkən, səmimilikdən uzaq və pis niyyətli bir davranış idi.

24 fevralda Misirin istirahət yerlərindən olan Şarm əl Şeyxdə keçirilən 1-ci Ərəb Liqası- Avropa Birliyi toplantısında ərəb olmayan və ərəb dünyasına düşmən olan ölkələr arasında İranla birlikdə Türkiyənin də adı çəkilmişdi. Zirvə görüşündə çıxış edən Misirin hərbi xunta lideri Sisi və Ərəb Liqasının Baş katibi Əhməd Əbul-Qayt “İran Qətər və Türkiyə əleyhinədir” deyərək bu 3 ölkəni bölgədə xaos yaratmağa çalışmaqda günahlandırmışdı.

Əgər səmimi idisə və arxada başqa bir planı yoxdursa, məncə, zirvə görüşündə Amerikanı və İsraili çaşdıracaq ən önəmli açıqlamanı kral Salman verdi: “1967-ci ildə paytaxtı Şərqi Qüds olan müstəqil bir Fələstin dövlətinin qurulması da daxil olmaqla, Fələstinin bütün haqlarının geri alınması məsələsində mövqeyimiz dəyişilməzdir”, deyə Səudiyyə kralı çıxışında bildirdi.

Bu açıqlama ilə kral Salman bəri başdan Səudiyyə Ərəbistanının ərəb ölkələri içində liderliyini və hakimiyyətini bitirəcək dünya şəbəkəsinin oyununu pozmaqla bərabər, həm də bölgədə qeyri-sabitlik yaradaraq yeni gərginliyə və müharibələrə yol aça biləcək evangelist cəbhənin “Yeni Fələstin Planı”nı da qəbul etməyəcəyini bütün dünyaya bildirmiş oldu.

Kral Salman bu açıqlama ilə Fələstinin himayəsini yenidən öz üzərinə götürürkən vəliəhd şahzadə ibn Salmanın evangelist və sionist cəbhə ilə baş tutan rəsmi və qeyri-rəsmi görüş və ya razılaşmalarını da heçə saymış oldu. 2018-in noyabrında bildirdiyimiz kimi, Trampın kürəkəni Cared Kaşner, Trampın Milli Təhlükəsizlik müşaviri Con Bolton, İsrail Baş Naziri Benjamin Netanyahu və sionist-evangelist üçbucağın da iştirakı ilə hazırlanan “Yeni Fələstin dövləti” planını ərəb ölkələrinə qəbul etdirmək vəzifəsi şahzadə Salmana tapşırılmışdı. Çünki Tramp və Netanyahu tərəfindən bir saray çevrilişi ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi məqamına gətirilən Məhəmməd ibn Salman Trampın Qüdsü İsrailin paytaxtı etmək və ABŞ səfirliyini Qüdsə daşımaq layihəsində önəmli vəzifələr almışdı və bu vəzifələri də uğurla yerinə yetirmişdi.

Bu halda, Fələstinin yanında olduğunu bütün dünyaya bəyan edən kral Salman ABŞ Prezidenti Tramp və İsrailin Baş Naziri Netanyahu da başda olmaqla, dünya şəbəkəsinin, evangelist cəbhənin və daha da önəmlisi, öz oğlu Salmanın qarşısında mı dayanıb?

İngiltərənin “Qardian” qəzeti adını açıqlamadığı bir mənbəyə əsasən xəbər verib ki, 83 yaşlı kral Salman ibn Əbdüləzizin keçən ay Misirə etdiyi səfərdən sonra müşavirlərinin ona ola biləcək potensial sui-qəsdlə bağlı xəbərdarlıq etmələrindən sonra Səudiyyə sarayında gərginlik artıb.

Müşavirləri çox güman ki, kral Salmana MOSSAD-la əlaqədar xəbərdarlıq edib. Çünki kral Salman son çıxışı ilə dünya şəbəkəsinin bölgədə və dünyada xaos, qeyri-sabitlik yaratmaq cəhdləri və layihələri qarşısında ciddi bir maneə kimi dayanıb.

Lakin, mənə elə gəlir ki, açıq bir sui-qəsd etməkdən başqa, kral Salmana bu qorxu və təhdidlərlə təlqin ediləcək ki, taxtı vəliəhd şahzadəyə buraxsın. Kral Salman bu məngənədən Qaşıqçı cinayətinin səbəbkarı vəliəhd şahzadə Salman başda olmaqla, cinayətə qarışan hər kəslə bağlı şəffaf və açıq bir istintaq başladaraq xilas ola bilər. Çünki beynəlxalq istintaqın aparılması üçün BMT TŞ-dən bir qərar çıxması imkansız görünür. Hər halda ABŞ prezidenti Tramp başda şahzadə ibn Salman olmaqla Qaşıqçı cinayətini törədənləri qorumaq məqsədi ilə veto haqqından istifadə edəcəiyi şübhə doğurmur.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar