Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kosmik teleskop “Spektr-RG” Kainatı skan etməyə başladı

Spektr-RG rentgen-qamma teleskopu kosmosa çıxarılmışdır...

Artıq 100 gündən artıq bir müddətdir ki, 2019-cu ilin iyul ayında, Rusiyanın Baykanur kosmodromundan Proton-M raketi vasitəsi ilə Spektr-RG rentgen-qamma teleskopu kosmosa çıxarılmışdır.

Trend-in məlumatına görə, təqribən 1.5 milyon km məsafəni qət edərək,aparat Laqranj nöqtəsi ətrafında öz orbitinə çatmışdır. Bu orbitdən eyni zamanda həm Günəşi, həm də Yeri müşahidə etmək mümkündür. Bu orbitdə Günəşin və Yerin cazibə qüvvələri bir-birini tarazılaşdırdığından, kosmik aparatın orbitdə saxlanılması üçün az yanacaq sərf olunur. Beləliklə, teleskop öz işçi vəziyyətini alaraq işə başlamışdır. Yerə yaxın orbitlərdən fərqli olaraq bu orbitdə heç bir əlavə maneə və atmosfer küyü olmadığından, hesab olunur ki, orada astronomik müşahidələr üçün ideal vəziyyət mövcuddur.

Rusiya və Almaniya mütəxəssislərinin birgə səyi ilə yaradılmış bu teleskopun əsas məqsədi rentgen şüalarında Kainatın mükəmməl xəritəsinin alınmasıdır. Spektr-RG müasir Kainatın formalaşmasında görünməyən maddənin və “qara” enerjinin rolu, ifrat böyük kütləyə malik qara dəliklərin təkamülü, Kainatın özünün Böyük partlayışdan sonrakı təkamülü və digər bu kimi fundamental problemlərin həlli kimi kosmologiyanın bir sıra vacib suallarına cavab tapmağa komək etməlidir. Teleskop, aldığı informasiyanı Yerə güclü radiokanallar vasitəsilə ötürəcəkdir. Spektr-RG daha geniş görüş bucağına və rekord ayırdetmə qabiliyyətinə malik olmağı ilə bu vaxta qədər mövcud olan rentgen teleskoplarından fərqlənir. Bu isə astrofiziklərin fikirincə, hökmən yeni kəşflərə gətirməlidir.

Spektr-RG teleskopu əsasən iki rentgen-güzgü sistemi - rus alimləri tərəfindən yığılmış ART-XC və alman alimlərinin ePOSİTA sistemlərindən ibarətdir.Hər iki sistem eyni bir mənbədən siqnalı qəbul edir, lakin ART-XC cod şüalanmada, ePOSİTA isə yumşaq şüalanmada. Buna görə də bu iki cihaz bir-birini tamamlayırlar. ART-XC–nin 7 rentgen “gözü” vardır ki, hər biri də nikel-kobaltdan düzəldilmiş və iridiumla örtülmüş 28 güzgülü örtükdən ibarətdir. ePOSİTA-nın 7 eyni cür rentgen “gözü” var və bunların hər biri rentgenə həssas kameradan düzəldilmiş güzgü modulundan ibarətdir. Hər modul – 54 qızıl təbəqəli nikeldən düzəldilmiş və bir-birinin içərisinə salınmış güzgüdən ibarətdir.

Teleskop Yerin kölgəsinə heç vaxt girmədiyindən günəş panelləri həmişə aktiv olacaqdır və enerji defisiti problemi yaranmayacaq. Teleskopun geniş açılmış göy sferinin istənilən nöqtəsini uzun müddət müşahidə etmək imkanı vardır ki, onun həssaslığı bu nöqtənin istənilən istiqamətdə seçilə bilməsinə imkan verir. Buna görə də teleskopun Kainatda irimiqyaslı struktur elementlərini - qalaktikalar toplusunu, İfrat Yeni ulduzların qalıqlarını və s. görməyə imkanı vardır. Belə imkanlar alimlər qarşısında ilk dəfədir ki açılır və Yerə emal üçün ötürüləcək informasiyanın həcminin çox böyük olacağı gözlənilir.

pia.az


Etiket: Teleskop

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar