Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kosmik hava durumu açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası iyulun 15-dən 17-dək olan kosmik hava durumunu açıqlayıb

Rəsədxanadan verilən məlumata görə, Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub.

Günəş diski ləkəsizdir. İyulun 13-də UTC-də mərkəzi S28W42 zonası yaxınlığında olan kanal boyunca təxminən 15 dərəcəlik uzun sap (“filament”) meydana gəlib. Bu sap bilavasitə Rgn 2744 (S28, L = 214) köhnə fəallıq oblastı yaxınlığında yerləşir. İyulun 14-də UTC-də SDO / AIA 193 görüntülərində tac qaralması qeydə alınıb. Həmin gün UTC-dən başlayaraq LASCO C2 görüntülərində şimal-qərb limbindən qalxan və yavaş sürətlə hərəkət edən dar CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunub. Bu tac kütlə atlmasının WSA / ENLIL modelləşdirilməsi həmin CME-də Yerə doğru yönələn komponentin olmadığını aşkarlayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub, İyulun 14-də UTC-də özünün 4,208 pfu maksimal qiymətinə çatıb. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti ortalama 440 km/san olub. Ümumi maqnit sahəsi 3-5 nT intervalında olub. Bzkomponenti üçün kənaraçıxma +3 /-4 nT intervalında olub. Phi bucağı əsasən müsbət sektorda qərarlaşıb.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3).

Kosmik hava proqnozu – Proqnoz dövründə (15 – 17 iyul) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (15 – 17 iyul) yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (15 – 17 iyul) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə 15 iyul günorta radələrində Günəş küləyi parametrlərinin mənfi qütblü CH HSS effektinin (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) geoeffektiv təsiri hesabına güclənəcəyi proqnozlaşdırılır. STEREO A külək məlumatları əsasında sürətin 450 – 550 km/san diapazonunda dəyişəcəyi gözlənilir.

Proqnoz dövründə 15 iyul günorta radələrindən başlayaraq mənfi qütblü CH HSS effektinin (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) geoeffektivləşdiyindən fəal şəraitin meydana gələcəyi , 16 iyulda bu şəraitin davam edəcəyi (Kp=3, 4), 17 iyulda isə nisbi sakitləşəcəyi (Kp=2, 3) proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı 15 və 16 iyulda 10%-dən, 17 iyulda isə 5%-dən aşağı qiymətləndirilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar