Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Korrupsioner rayon başçısı və müavininin işi: on şahid dindirildi

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin və icra başçısının birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un əldə etdiyi xəbərə görə, prosesdə on nəfər şahid dindirilib. İş üzrə dindirilən şahidlərin əksəriyyəti Ağstafa rayonunda abadlaşdırma işləri aparılması adı ilə pul yığıldığını deyiblər.

Qeyd edək ki, külli miqdarda rüşvət almaqda ittiham olunan Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2019-cu ilin dekabrında həbs ediliblər. DTX-nin o vaxt yaydığı əməliyyat çəkilişlərinə əsasən Ramiz Tatarov icra başçısının kabinetində müti görkəm alaraq yerli icra nümayəndələrindən yığdığı pulları ona təqdim edir, habelə “otkat” və digər korrupsiya məsələləri üzrə haqq-hesab aparırlar.

O zaman yayılan videokadrlardan aydın olurdu ki, N.Quliyev 7 gün ərzində rayondakı idarə və müəssisələrdən, sahibkarlardan ümumilikdə 200 min manata qədər rüşvət toplayıb.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar