Şənbə, 18 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Körpəsini atan ana: “Evdən dedilər ki, gərək uşağı öldürərdin”

Ağcabədi rayonunda bir neçə gün öncə küçəyə atılan körpənin anası danışıb.

Bərdə rayon sakini Vüsalə Fərzəliyeva “qafqazinfo”ya açıqlamasında övladını küçəyə atmasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, əri həmin uşağın ondan olduğuna inanmadığını deyib: “Valideynlərim də dedilər ki, uşağı özünlə gətirmə. Yoldaşım da bu uşağın ondan olmağına inanmır. Mənim evdə bir şikəst övladım var, 8 aylıq olanda yanıb. Həmin gün uşağı götürüb yoldan keçən maşına mindim və aparıb atdım. Evdən dedilər ki, uşağı atmaq yerinə gərək öldürərdin. Dedim ki, niyə öldürürəm?! Dedilər ki, sənin ucbatından rüsvay olduq”.

V.Fərzəliyeva deyib ki, hazırda uşağın vəziyyəti yaxşıdır: “Maddi imkansızlıq səbəbindən atmışdım, amma ürəyim dözmədi. İndi istəyirəm ki, bir sığınacağım olsun, balalarımla orada yaşayım. Dörd uşağım var, hərəsi bir tərəfdədir. Birinin ayağı yaralıdır, atasının yanında qoymuşam, biri xəstəxanadadır, ikisi də anamgildə qalır. Yoldaşımla 2013-cü ildə evlənmişik. Təzəlikcə boşanmışıq. Dörd uşağımın da atası odur”.

Xatırladaq ki, iyulun 22-də Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında sellofan torbada yeni doğulmuş körpə tapılıb. Ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ananın yaşadığı yer üzrə Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sergey Lavrov rəsmi səfərlərə sevgilisi ilə gedir, o cümlədən Azərbaycana da… – Video

“Haber Global” Mübariz Mənsimovu darmadağın etdi - Ermənilərlə iş birliyi... - Video

Azərbaycan polisi diversantlara çörək aparan erməni maşınını saxladı

Son vaxtlar Xalq artistinin “açıq-saçıq” geyinməsinin səbəbi nədir? - Foto

Hüseynbala Mirələmovun XİN-də işləyən oğlunun adı qalmaqalda

Cavid Qurbanovdan narazı fəhlələr PA-ya yürüş edəcək -  Foto

Azərbaycan polisi qondarma “bayrağ”ı maşınların üzərindən süngü ilə qazıdı - Video

"Diqqət: Hacı Nuranın 4-cü dalğası başlayıb"

Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi

KTMT-də sədrlik Ermənistana keçdi... - Azərbaycan üçün təhlükə var?

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

Ermənistan Laçın şəhərini və daha 8 kəndi öz nəzarətində saxlamaq istəyir... - Sabiq nazirdən şərh

Ən çox oxunanalar