Şənbə, 27 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Körpələrdə qorxu nədən yaranır?

Körpələrdə də qorxu hissi olur. Bunun necə, hansı səbəblərdən, hansı dövrdən başlayaraq əmələ gəldiyi çoxlarımıza məlum deyil. Bir çoxumuz qorxu hissinin anadangəlmə olduğunu düşünürük. Doğrudanmı belədir? Körpələrdə qorxu hissi necə formalaşır?

PİA.az e-tibb.az-a istinadən bu barədə həkim-pediatr Aysel Hacıağayevanın məqaləsini təqdim edir:

Bir çox anaların düşündüyünün əksinə, körpəlrədə qorxu hissi anadangəlmə deyil, ortalama 1 yaşdan sonra əmələ gəlir. Körpədə hələ bir çox şeyi anlamadığı halda qəribə həyəcan hissi yaranır. Misal üçün, ananı gözünün önündə görmək istəyir, evə qonaq gəldikdə (hətta tez-tez gələn insan olsa belə), ana yanında deyilsə, həmin insanla bir otaqda belə qalmaq istəmir. Küçədə bir yad insan (tanış, qonşu) onu dindirməyə, onunla oynamağa cəhd edəndə körpə ağlamağa, gizlənməyə yaxud üzünü döndərməyə başlayır.

1 yaşdan böyük körpələrdə bəzən anasının anlaya bilmədiyi hallar ola bilər. Məsələn, həmişə sevinərək çimməyə gedən uşaq birdən-birə çimməkdən imtina etməyə başlaya bilər. Bu cür davranışlar ananı narahat etməməlidir. Çünki bunlar müvəqqətidir və istənilən ortama alışması üçün körpəyə vaxt lazımdır. Körpədə hər hansı mövzuda qorxu yaranarsa, ona təzyiq etmək olmaz.

Məsələn, gəzintiyə çıxdığınız halda körpəniz sizə tanış olan bir insandan uzaq durarsa, dərd etməyin. Ona həmin insana alışması üçün vaxt verin. Körpəyə yeni insanlarla ünsiyyət qurmağı öyrətməyin ən yaxşı yolu - valideynin özünün səmimi olmasıdır. Sosial ortamlara alışdırmaq üçün, körpəni parka, marketə aparmaqda fayda var. Təbii ki, hazırki karantin durumunda bu, yoluxma baxımından bir az təhlükəli ola bilər (Allahın izni ilə, binda keçər və normal həyatımıza davam edərik).

Məsələn, doğulan gündən hər ay qəbuluma gəlmiş körpələrin bəziləri, məni tanımış olmalarına rəğmən, 1 yaşa yaxın qəbulda ağlamağa başlayırlar. Körpələrdə yaddaş qısa müddətli olur. Və 10 ayında rahat müayinə etməyə icazə verən körpə 1 yaşında ağlayırsa, bu, mənim üçün problem olmur. Valideyn uşağın bu cür davranışından utansa da, bunun normal olduğunu bildirib, köprənin tam lazım olduğu kimi inkişaf etdiyini bildirirəm.

Tanış olmayan insan qorxusundan savayı, körpədə digər qorxular da əmələ gələ bilər.

Yüksək səs qorxusu

Əgər körpəniz birdən-birə yüksək səslərdən, məsələn tozsoran yaxud fen səsindən qorxmağa başlayıbsa, həmin əşyanı tamamilə söndürün və körpəyə ona toxunmağa icazə verin. Toxunmaq istəməsə, məcbur etməyin, yoxsa daha çox qorxar. Toxunmaq istədiyində isə, o əşyanın qorxulu olmadığını izah edin. Təbii ki, bu, ətçəkən kimi təhlükəli alətlərə aid deyil. Yalnız zərərsiz əşyalara toxunmağa icazə vermək olar. Ümumiyyətlə, yüksək səslər hər nə qədər xoşagəlməz olsa da, onlar həyatımızın bir parçasıdır və körpəyə yüksək səs qorxusunu dəf etməyə yardım etmək gərək.

Çimmək qorxusu

 

Əgər körpəniz çimməkdən qorxmağa başlayıb və su ilə doldurulmuş vannada çimmək istəmirsə, qorxusunun səbəbini araşdırmağa başlayın. Bir dəfə mənim öz oğlumda belə bir hal yaşanmışdı. Çimmək üçün ürəyi gedən uşaq, birdən-birə çimməkdən qorxmağa başlamışdı. Xüsusən də başını yumağa başlayanda qışqırırdı. Dərhal olmasa da, bir müddət sonra başa düşdüm ki, məsələ duşda imiş. Su gur gəldiyi üçün duşdan qorxmağa başlayıb. Və mən bunu necə dəf etdim? Suyu kranın altına böyük plastik qab qoydum, doldurub oğlumun başına elə onunla su tökürdüm. Hətta onunla kifayətlənmədim, qorxmaması üçün kasanı onun əlinə verirdim ki, suyu başına özü töksün ki, qorxmasın. Və bu, çox kömək etdi bizə. O gündən bəri başına tökülən sudan artıq qorxmur.

Bəzən elə olur ki, körpə çimdiyi zaman gözlərinə dolan şampundan qorxur. Bu zaman bir neçə gün ərzində şampun isitfadə etməyi dayandırın. Ümumiyyətlə, icazə verin sadəcə su ilə dolu vannada otursun, su ilə tanış olsun. Sonrakı günlərdə həmin suyu köpüklü etmək olar. Və beləliklə körpə bir müddət sonra nə sudan, nə də köpüklərdən qorxmayacaq.

İt-pişik qorxusu

Uşaqları körpəlikdən küçə heyvanları ilə qorxutmayın, onların zərif psixikası üçün bi çox sarsıdıcı ola bilər. İnanın ki, uşaq vaxtından "Səni it yeyər" kimi qorxularla böyüyən insanlar, 30 yaşında belə küçədə it görəndə dizlərinin bağı çözülür.

Ümumiyyətlə, uşaqda heyvan qorxusu olmaması üçün əlinizdən gələni edin, amma təhlükəsizlik qaydalarını unutmayın. Çünki söz heyvanlardan gedir.

Təsəvvür edin, bəzən evində yaxud həyətində ev heyvanını görərək böyüyən uşaqlar belə küçədə gördüyü it və pişiklərdən qorxa bilərlər. Bilirəm, Azərbaycanda ev heyvanı saxlayan insan çox deyil. Amma bəzən valideynlər körpələri kiçik heyvanlara toxuna biləcəkləri zoo bağlara aparırlar. Və bu zaman körpəni hər hansı heyvana əl vurmağa məcbur etməyin. Unutmayın ki, nəyinki kiçik heyvanlar, ev heyvanları belə qeyri-adekvat reaksiya verib körpəni qorxuda bilərlər.

pia.az 


Etiket: Uşaq


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

MN: Elxan İbrahimov vəzifəsinin icrasını davam etdirir - Yenilənib

Xəbərdarlıq - Hava qeyri-sabit keçəcək, qar yağacaq

Azərbaycan Rusiyanın təzyiqləri qarşısında duruş gətirə biləcək?

Xərçəngə tutulmamaq üçün 8 qidadan imtina etməlisiniz - Siyahı

“65 yaşında pensiya çıxan şəxslər 6 il pensiya alacaqlar” - Ekspert

Kəmaləddin Heydərovun qardaşı monopolistdir – FHN iş adamlarına niyə mane olur?

ABŞ gecə saatlarında İranın hərbi obyektlərini vurdu

Yeni hərbi bölmələr yaradılır - Prezident açıqladı

Hərbiçilərin maaşları ilə bağlı rəsmi açıqlama

Kamran Əliyev Araik Arutunyanla bağlı mühüm açıqlama verdi

Ən çox oxunanalar